“Hitlerin kitabı yenidən nəşr edilsin”
Almanyanın nüfuzlu yəhudi təşkilatı Adolf Hitlerin kitabı “Mənim mübarizəm”ə qoyulan qadağanın qaldırılaraq, kitabın yenidən nəşr edilməsi təklifi ilə çıxış edib.
“Mərkəz” Yəhudi Birliyi adlı təşkilat kitabın yayımının neo-nazilərin bu kitab üzərindən siyasətlə məşğul olmalarını əngəlləyə biləcəyi fikrindədir.
Qeyd edək ki, bu kitabın yayımı bir çox ölkələrdə ikinci dünya müharibəsindən sonra qadağan edilib.
Xatırladaq ki, Nasional Sosialist lider Adolf Hitler, “Mənim mübarizəm”i həbsxanada keçirdiyi doqquz ay müddəti ərzində yazıb.
Kitabın nəşrinə qarşı olan tarixçilər kitabın Nazi dönəminin anlaşılmasına kömək etmədiyini, yalnızca, yazarının irqçi düşüncələrini təbliğ etdiyini söyləyir.
PİA
Xəbər lenti


