Abunə:
Email:
BAŞ SƏHİFƏ | ANALİTİK | “Obama Türkiyənin şərtlərini qəbul edəcək”

“Obama Türkiyənin şərtlərini qəbul edəcək”

Şrift ölçüsü: Decrease font Enlarge font
İlqar Məmmədov: “Ümumi vəziyyətin inkişafı göstərir ki, yaxın gələcəkdə Türkiyənin köməyi ilə ciddi irəliləyiş mümkündür” İlqar Məmmədov: “Ümumi vəziyyətin inkişafı göstərir ki, yaxın gələcəkdə Türkiyənin köməyi ilə ciddi irəliləyiş mümkündür”

“Ərdoğanın Vaşinqtonda Qarabağ barədə danışacağı şübhəsizdir”

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də ABŞ-a səfəri zamanı prezident Obama ilə müzakirə edəcəyi məsələlər barədə Ağ evdən açıqlama verilib. Ağ ev sözçüsü Robert Gibbs bildirib ki, prezident Obama Ərdoğanla Əfqanıstan və Pakistan başda olmaqla bir sıra strateci mövzularda fikir mübadiləsi aparacaq.
İki ölkənin strateji ortaqlığa və tarixi dostluğa sahib olduğunu qeyd edən Gibbs deyib ki, Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqi kimi “ümumi problemlərin” həllində önəmli tərəfdaşdır. “Prezident Obama iki ölkəni maraqlandıran strateci mövzularda Ərdoğanla fikir mübadiləsi aparmağı səbrsizliklə gözləyir”. Gibbs Əfqanıstan və Pakistana dair ortaq strategiyanın hayata geçirilməsi, İraqla iqtisadi və təhlükəsizlik sahəsində iş birliyinin yürüdülməsi, nüvə silahlarının yayılmasının önlənməsi istiqamətində inkişafa nail olmaq, Kipr probleminin həllinin təşviqi, Ermənistanla əlaqələrin normallaşdırılması, Yaxın Şərqdə sülhə nail olmaq səyləri və insan haqları məsələlərinin müzakirə ediləcəyini deyib. Maraqlıdır ki, müzakirə ediləcək məsələlər arasında Dağlıq Qarabağ münaqişəsi və ümumilikdə Cənubi Qafqazdakı vəziyyət əks olunmayıb. Lakin bu vaxta qədər istər Barak Obama ilə Türkiyə prezidenti Abdullah Gül arasında aparılan telefon danışığında, istərsə də baş nazir Ərdoğan səsləndirdiyi fikirlərdə Azərbaycanın işğal altında olan torpaqları məsələsinin Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların ratifikasiyasına birbaşa təsir edəcəyi deyilib. Bunun müzakirə ediləcək məsələlərə daxil edilməməsi nədən xəbər verir? Barak Obamanın Türkiyənin təklifləri ilə razılaşacağını gözləmək olarmı?
Məsələyə münasibət bildirən Respublikaçı Alternativ (REAL) İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədovun sözlərinə görə, Türkiyə baş nazirinin Vaşinqtonda Qarabağ barədə danışacağı şübhəsizdir: “Ərdoğan Vaşinqtonda prezident Obama ilə Dağlıq Qarabağ barədə danışacaq və bu mövzuda müzakirələr aparılacaq. Ancaq nəticələr barədə hələlik danışmaq tezdir”. Politoloq bu danışıqlara müəyyən ümidlərin bəsləndiyini də qeyd etdi: “Nəticənin olacağı ilə bağlı müəyyən ümidlər var. Çünki Türkiyənin uzun müddət Cənubi Qafqazda fəallaşması sülh ümidləri yaradıb. Böyük ehtimalla Obama Türkiyənin şərtlərini qəbul edəcək. Ancaq indidən nələrin olacağını demək çətindir. Ümumi vəziyyətin inkişafı göstərir ki, yaxın gələcəkdə Türkiyənin köməyi ilə ciddi irəliləyiş mümkündür”.

Fizzə

Azadliq

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az