Ermənilərin nənə dərdi
Türklər babaları ilə fəxr etdiyi halda, ermənilər nənələri ilə fəxr edirlər
Türkiyənin “Radikal” qəzetinin saytında Demet Bilge Ergünün “Nəvələrə qalan sirr” yazısında Türkiyədə yaşayan ermənilərin taleyindən bəhs edilir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin həssas zamanında ermənilərin necə məzlum, yazıq və acınacaqlı tale yaşadıqlarını ciddi cəhdlə oxuculara sırımağa çalışıldığı yazını oxuyarkən bir sıra maraqlı məqam diqqəti cəlb edir. Bu barədə bir qədər sonra.
Yazı hüquqşünas Fetiye Çetinin erməni əsilli olan ana nənəsinin taleyindən bəhs edən “Anamın anası” və erməni nənələrin taleyini nəvələrin dili ilə anlatdığı “Nəvələr” kitabları əsasında hazırlanıb. F. Çetin İstanbul Məhkəməsi İnsan Hüquqları Komitəsinin üzvü və Azlıq Hüquqları İşçi Qrupunun sözçüsü vəzifəsində çalışıb. Türkiyə ictimaiyyəti onu 1915-ci il hadisələri zamanı ermənilərin köçürülməsinin şahidi olmuş erməni nənəsinin həyatından xatirələr şəkilində hazırladığı “Anamın anası” adlı kitabı ilə tanımağa başlayıb. Kitab 1904-cü ildə Elazığda Heranuş Qadaryan kimi dünyaya gəlmiş nənəsi Səhər xanımın 1915-ci il hadisələrini 10 yaşında bir uşağın gözüylə yaşamasını, Hüseyn Onbaşı və arvadı Əsma xanım tərəfindən övladlığa götürülərək Səhər adıyla böyüdülməsindən bəhs edir. Səhərin doğma-erməni atası əvvəlcə Suriyaya gedib, daha sonra Amerikaya yollanmaq ərəfəsində Səhərə də onlarla getməyi təklif edir, ancaq Səhər evli olduğunu söyləyərək bundan imtina edir. F. Çetin bu kitabı böyük səs-küyə səbəb olduqdan sonra, Türkiyədə yaşayan digər ermənilərin taleyini araşdırmağa çalışıb və Sabançı Universitetinin müəllimi Ayşe Gül ilə birlikdə “Nəvələr “ kitabını ərsəyə gətiriblər. Bu hekayələrin, demək olar ki, hamısında erməni nənələrin taleyindən bəhs edilir. Bu faktın özü bir çox nüansdan xəbər verir. Niyə türklər babaları ilə fəxr etdiyi halda, ermənilər nənələrinin acı taleyi ilə öyünürlər? Həmin dövrdə türk oğulları ilə erməni qızlarının evlənməsinin bu qədər yüksək səviyyədə olduğu halda, erməni oğulları, görəsən niyə türk qızları almırmışlar? Bunu “Əsli və Kərəm” dastanında da müşahidə etmək olar.
Kitabın ön sözü “Nəvələr” asan ərsəyə gəlmiş bir kitab deyil. Burada oxuyacağınız hekayələrin nə dillənmələri asan oldu, nə dinləmələri, nə də yazıya köçürülmələri”- deyə başlanır. “Nəvələr”də nəvələr hiss etdikləri qorxunun, hüznün, ailə həyatlarındakı çətinliklərin onlara etdiyi mənəvi təsirdən bəhs edirlər.
34 yaşı olan nəvə Ayça ana nənəsinin daxilində həmişə “bir gün qohumlarımı tapacağam” ümidi ilə yaşadığını söyləyir və nənəsinin ona ermənilərin köçürülməsi ilə bağlı söylədiyi əhvalatı oxucuların diqqətinə çatdırır: “ Çox qalın meşəlik bir yerdən keçərkən yenə geri qaldıqda anası, “Sən bir ağacın arxasında, mən də bir ağacın arxasında gizlənək, bunlarla getməyək, bunlar bizi öldürəcək”-deyib. Xeyli müddət orda gizləniblər”. Sonra bu qız anasını itirir, yolunu azıb gəlir bir kəndə və bu kənddə bir türk ailə onu övladlığa götürür və digər bir yetim türk oğlan ilə evləndirirlər. Əslində elə bu hekayə ermənilərə qarşı “soyqırım” törədildiyi barədəki iddiaların yalan olduğunu ortaya çıxarır. Həmin dövrü yaşamış bir erməni qadın bildirir ki, ermənilərlə getməyə davam etsəydik bizi öldürəcəkdilər. Amma türk ailə yetim erməni qızını övladlığa götürür. Erməninin erməniyə və türkün erməniyə olan münasibətini bu hekayə çox aydın şəkildə ifadə edir.
Fetiye Çetin erməni nənələrinin taleyindən yazdığı bu kitablarla ermənilərin necə əzabkeş, ağ gün görməmiş, çətinliklər içində yaşayan bir xalq olduğu, türklərin ermənilərə qarşı ədalətsiz davrandığı, ermənilərə qarşı heç bir tolerantlıq göstərilmədiyi fikrini formalaşdırmağa çalışdığı hiss olunur. Çetinin yalnız ana nənəsi ermənidir. Qalan bütün əsli türk soyundandır. Rəhmətlik Nihal Atsız məhkəmə qarşısında hakimin suallarını cavablandırarkən deyir: “Bir stəkan təmiz suya zərrə qədər çirkli su qatsan, stəkandakı bütün su çirklənər. Təmiz su öz saf tərkibini itirər. Türk qanına da başqa qan qatsan, o, əsalətini itirər”.
SƏbuhi
Xəbər lenti


