Editor.Az / Xəbər: "4500 məktəbin mühafizəsini təşkil etmək asan iş deyil" "4500 məktəbin mühafizəsini təşkil etmək asan iş deyil" ================================================================================ admin on 31/10/2009/ 19:02 Bu sözləri təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, buna baxmayaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə iş aparılır: “Ola bilər ki, bəzi kiçik məktəblər mühafizələrini öz hesablarına təmin etsinlər. Lakin hər bir halda təhsil müəssisələrinin mühafizəsi Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən hadisədən sonra gücləndirilib. Ümid edirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq”.