Abunə:
Email:
BAŞ SƏHİFƏ | ÖLKƏ | İctimaiyyət azan qoyulan qadağanı qınayır

İctimaiyyət azan qoyulan qadağanı qınayır

Şrift ölçüsü: Decrease font Enlarge font
Bununla bağlı saytımız "Salam" qəzetində 25 may 2007-ci il tarixində dərc olunmuş bəzi məqalaələri yenidən dərc olunmasını məqsədəuyğun hesab edir. Bununla bağlı saytımız "Salam" qəzetində 25 may 2007-ci il tarixində dərc olunmuş bəzi məqalaələri yenidən dərc olunmasını məqsədəuyğun hesab edir.

Əziz oxucu! Hazırda 2007-ci ildə baş vermiş azana qadağa cəhdləri təkrarlanmaqdadır.

Ziyalılar və mədəniyyət xadimləri QMİ-nin qərarını pisləyir

Məlum olduğu kimi, bu günlərdə Qafqaz Müsəlmanlar İdarəsi məscidlərdə səsgücləndirici vasitəsilə azan verilməsini qadağan edib. QMİ rəhbərliyinin bu qərarı ictimayətdə ciddi rezonansa səbəb olub. Qərarı verən qurum xəstələri, yaşlıların şikayətini nəzərə alnaraq bu addımın atıdlığını söyləyir. Ancaq nəinki müsəlman, hətta qeyri müsəlman ölkələrində belə azanın səsgücləndiricilər vasitəsilə verilməsinə heç bir qadağa olmadığı bir zamanda Aəzrabycanda belə bir qərarın verilməsi məyusluq doğurur.

«Azan verilib, verilir və veriləcəkdir» deyən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akifin sözlərinə görə, 1400 ildir ki, azan məscidlərdə verilir. Bununla yanaşı H.Akif «Azanın verilməsi bu vaxta qədər heç bir narazılıq yaratmasa da bu narazılıq indi var. Əvvəllər Bakıda cəmi 2 məscid var idi. Səsgücləndirici vasitəsilə azan verilməsinə ehtiyac vardı. Bu gün isə demək olar ki, bütün məhəllələrdə məscid var. Belə olan halda azanın yüksək səslə verilməsinə ehtiyac yoxdur» - dedi. Eyni zamanda o, «namaz qılan onsuz da namazın vaxtını bilir, azanı eşitsə də, eşitməsə də namazını vaxtında qılacaq»-söylədi. Verilən qərarda məhdudiyyətin olmadığını bildirən müsahibimiz bu qərarla  yaşlıları, narahat olan insanları, və uşaqları nəzərə aldıqlarını vurğuladı. Bəs görəsən ictimaiyyətin tanınmış simaları bu barədə nə düşünür.  

«Narahat olacaq kifayət qədər səslər var»

«Mənəvi Dünya» İctimai Birliyinin sədri Hacı Şahin Həsənli bu hadisəni azanın qadağan olunması kimi qiymətləndirir: «Azan həm namaza çağırışdır, həm də İslam mədəniyyətinin təzahürüdür. QMİ-nin qərarı bununla əsaslandırılır ki, uşaqlarla, xəstələr bağlı narazılıqlar var. Buna görə də azan səsgücləndirici səslə yox, təbii səslə verilməlidir. Mən bunu faktiki olaraq azanın qadağan edilməsi kimi qiymtələndirirəm və verilən qərarı absurd bir qərar hesab edirəm. İbadət etdiyimiz məscidin ətrafında yaşayan insanlar əksinə azan verilməyəndə narahatlıq keçirirlər və azanın verilməsini xahiş edirlər. Mənə elə gəlir ki, narahat olacaq kifayət qədər başqa səslər var. Və daha çox o səslərin kəsilməsinə diqqət yetirmək lazımdır. Onu da qeyd etmək istəyərdim ki, dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur. Dünyaınn hər yeriində, müsəlman, qeyri müsəlman ölkələrində azan səsgücləndiricilər vasitəsilə səslənir. Bu insanların ruhi aramlıq tapmağına, mənəvi sakitlik tapmasına zəmin yaradır. Ona görə də azanın səsinin kəsilməsi barədə verilən qərarı dini etiqad azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirirəm».

Hazırda QMİ-nin qərarına tam şəkildə aydınlıq gətirilmədiyini deyən Hacı Şahin qərarın əsaslandırma hissəsində qaranlıq məqamların olduğunu xatırlatdı: «QMİ-nin nümayəndəsi Hacı Akif bu qərarın məsləhət nəticəsində qəbul olunduğunu qeyd edib, biz də fikirləşirik ki, bizim, yəni dindar insanların, camaatın məsləhəti belədir ki, azan əksinə, daha gur səslə verilsin. Bu ola bilsin ki, hansısa məmurun istəyəinin ifadəsidir, yaxud da ruhani idarəsinin hansısa maraqlarına xidmət edən qərardır. Bunu birmənalı olaraq dinə qarşı yönəlmiş qadağa kimi qiymətləndirmək olmaz. O ki qaldı azanın hansısa bir xəstəni, yaxud yaşlı insanı narahat etməsinə, düşünərm ki, İslam qəlblərə, insanlara şəfa olaraq göndərilib. İnsanları, xəstələri, yaşlıları narahat edəcək kifayət qədər səslər var: gecə-gündüz teleməkanı işğal etmiş şou proqramların, şadlıq evlərinin, maşın siqnallarının səsləri və s. Azan isə cəmi 5 dəqiqə çəkir və ruha, cismə rahatlıq gətirir. Bunu kiminsə narahatçılığı ilə əsəslandırmaq absurddur».

«Ölkədə missioner təşkilatların belə azad fəaliyyət göstərdiyi bir vaxtda azana məhdudiyyətin qoyulmasını «Balaş» sindromu kimi qiymətləndirirəm»

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun fikrincə, bu məsələyə bir neçə müstəvidə yanaşmaq olar: «İlk öncə məsələyə sırf İslami baxımdan yanaşmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi bunun iradını öz üzərinə götürüb. Absurdluğun əsası da elə bundan ibarətdir. Azanın fəlsəfəsi əslində insanları ibadətə dəvət, onlara kimliyini xatırlatmaqdan ibarətdir. Bunları nəzərə alaraq əgər azan yüksək səslə verilmirsə, bu həqiqi fəlsəfəni həyata keçirməkdə çətinlik yaradır. Bu baxımdan bunun icraatına maneənin hər hansı bir dini qurum tərəfindən həyata keçirilməsi ümumiyyətlə, yol verilməzdir. İslami dəyərlərə zidd bir hərəkətdir. Məsələnin ikinci tərəfi isə hüquqi müstəvidədir. Ölkədə insan var, vətəndaş var, hökumət var. Bunların münasibətləri sırf hüquqi çərçivədə tənzimlənməlidir. Azan birmənalı olaraq vicdan azadlığına aiddir. Bu azadlıqlar mütləqdir, onlar yalnız qanunda göstərildiyi halda məhdudlaşdırıla bilər, özü də bu, o halda ola bilər ki, həmin təcrübə, ənənə dünyanın inkişaf etmiş demokratik ölkələrində qəbul olunmuş olsun, nəinki müsəlman toplumlarında. Müsəlman toplumlarında istər Türkiyəsində, istər İranında, istər Ərəb ölkələrində birmənalı olaraq azana heç bir məhdudiyyət və qadağa yoxdur. Yalnız onu misal gətirək ki, İstanbulda 3000 məscid var və bu məscidlərin hər biri azan vaxtı rahatca azanını verir. Heç kəs də bunda qeyri-adilik görmür. Müsəlman ölkələrində azan xüsusi olaraq rahat, sərbəst verilir».

Hətta Avropa ölkələrində, ABŞ-da azana məhdudiyyət olmadığını deyən DEVAMM sədri müasir texnikanın verdiyi imkanlardan istifadə etməklə azan səsinin yayılmasının normal olduğunu qeyd etdli. Hacı İlqarın fikrincə, bu qadağa müsəlmanların haqqını tapdamaqla yanaşı, QMİ-nin məsələyə qeyri-peşəkar yanaşmasının göstəricisidir: «Hüquqi tərəfdən belə bir addım vicdan azadlığını pozulmasıdır. Bu məslə qanunlar baxımından da yolverilməzdir. Səbəbə gəlincə, bizim ilkin təhlillərimiz bundan ibarətdir ki, bu vəziyyət Bakı şəhər İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin məsələnin həllinə qeyri-peşəkar yanaşmasının nəticəsidir. Mənə elə gəlir ki, burada ən optimal çıxış yolu səsgücləndiricilərin necə istifadə edilməsinin, hansı parametrrlər, hansı standartlar səviyyəsində sübh çağı, günorta, axşam maksimum həddə verilmə standartlarının müəyyənləşməsini tənzimləyən bir normativ akt qəbul oluna bilərdi. Bu da ümumi debatlardan, müzakirələrdən sonra həyata keçirilməli idi. Bu məmurların məsələlərə qeyri-peşəkar yanaşmasının nəticəsidir. Çox təəssüflər olsun ki, bu məsələlər birmənalı olaraq müzakirələrsiz icra olunur. Mən hal-hazırda hesab edirəm ki, ictimai müdafiə kampaniyası aparılır və düşünərm ki, yaxın günlərdə çox güman ki, məsələnin müsbət həlli taplısın. Bu artıq o zaman bu təhlilləri də izah etməyə imkan verəcək ki, bu məslə ümumiyyətlə inanca qarşı yönəlib və sistematik addımdır. Düzdür hazırda bunu demək çox çətindir, istəməzdim hadisələri qabaqlayam. Əgər bu məslə həllini tapmazsa, qanun çərçivəsində ümumi geniş aksiyaların da keçirilməsini istisna etmirik. ÖLkədə missioner təşkilatların belə azad fəaliyyət göstərdiyi bir vaxtda azana məhdudiyyətin qoyulmasını «Balaş» sindromu kimi qiymətləndirirəm. Yəni Balaş öz atasını qonaqlardan gizlətdiyi kimi, bəziləri azandan utanıb, onu gizlətməyə çalışır. Mən bunu öz dəyərlərindən, müsəlmançılığından utanma kimi baxıram. Sözsüz ki, bu kimi hallar çox davam etməyib. Azan yaşayır, hər an dünyaının hansısa nöqtəsində azan səslənir. İnanıram ki, bu məsələ öz müsbət həllini tapacaq».

«Azan səsi məni kökümə qaytarır»

Əməkdar artist Elxan Qasımov: «Azan ilahi bir səsdir. Əgər belə bir qərar çıxarıblarsa, artıq bu öz elə əxlaqsızlıqdır. Mənim əqidəmcə belə məsələlərə müraciət etmək əxlaqsızlıqdır. Düzdür azan gərək insanın daxilində olsun. Mən fonoqramla azanın səslənməsinin əleyhinəyəm. Bundan şou kimi istifadə etməsinlər. Eyni zamanda azının verilməsinin, yaxud qadağan olunmasının qəzetlərdə bu cür diskusiya mövzusu olmasının əleyhinəyəm. Bir azdan QMİ qərar verəcək ki, saat 12-də yox, 2-də namaz qılsınlar? Hansısa qəzetdə oxudum ki, guya kimisə işdən ayırır. Əgər azan səsi kimisə kabinetdə əxlaqsızlıqla məşğul olarkən yaxud,  rüşvət alarkən onu diksindirib, birdən ayıldırsa həmin adamlar azanı ləğv elətdirəcək. O da düzdür ki, Fransa kimi ölkədə azana məhdudiyyət yoxdur, amma Azərbaycanda Allahşükür Paşazadə qadağa qoyur. Azan səsini əhval ruhiyyəmin necə olmasından asılı olmayaraq eşidəndə, xoşum gəlir. Bu səs məni öz kökümə qaytarır. Mən bu səsi eşitməyə həmişə hazıram».


«Zənnimcə, azandan acığı gələni insan adlandırmaq olmaz»

Xalq artisti Alim Qasımov da Qafqaz Müsəlmanları İdarəsinin qərarını qınayır. Məşhur sənətçi azan səsindən narahat olanların normal insanlar olmadığını düşünür: «Azanla beğlı belə bir qərarın verilməsinin tam əleyhinəyəm. İnsanların qulağı azan səsini eşitməlidir, bütün məhlələrdən, hətta evlərdən azan səsləri gəlməlidir nəinki məscidlərdən. Belə bir qərarın verilməsinin səbəbləri siyasi bir bir məsələdir, zənnimcə. Odur ki, bu barədə heç bir söz deyə bilmərəm. Hər şeyin qarşısını almaq olar, amma Allahın kəlamının səsini kəsmək yolverilməzdir və yaxşı nəticə verməz. Mən dünyanın çox ölkələrində olmuşam, hər yerdə məscid var, azan oxunur, gedib Allahın evində rahat şəkildə ibadətimi etmişəm. Bu insanın qəlbinə rahatlıq gətirməkdən, insanı təmiz işlərə çağırmaqdan başqa bir şey deyil. Zənnimcə azandan kiminsə acığı gəlirsə onu insan adlandırmaq olmaz».
 
«Din dövlətdən ayrıdır, ona görə də onun qərarlarını olduğu kimi qəbul edirik»

Aydın Mİrzəzadə: «Bu, hakimiyyət  tərəfindən verilən qərar deyil. Dini qurum tərəfindən verilən bir qərardır. Din dövlətdən ayrıdır, ona görə də onun qərarlarını olduğu kimi qəbul edirik. Görünür son dövrlərdə böyük problemlər yaşandığını görə bu qərarı vermək qənaətinə gəlib. Qeyd edim ki, bu qərar din və dini ayinlərə qarşı qadağa kimi başa düşülməli deyil. Çünki qərar onların özləri tərəfindən verilib».

İradə Nurəddinqızı

"Salam" qəzeti, 25 may 2007-ci il

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az