Abunə:
Email:
BAŞ SƏHİFƏ | ÖLKƏ | Əli Həsənov telekanallara məsləhət verdi

Əli Həsənov telekanallara məsləhət verdi

Şrift ölçüsü: Decrease font Enlarge font
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov

"Ümid edirik ki, teleradio kampaniyalar Azərbaycanla bağlı baş verən hadisələri obyektiv işıqlandıracaqlar"

Azərbaycanın milli-mədəni dəyərlərinin qorunmasında, Azərbaycan dilinin, Azərbaycanın ictimai həyatının dəyərlərinin inkişafında televiziyaların rolu böyükdür. Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, müstəqil dövlət quruculuğu prosesinin telekanallardan kənar təsəvvür edilməsinin mümkün olmadığını deyib:

"Ümid edirik ki, teleradio kampaniyalar respublikada həyata keçirilən prosesləri, ictimai-siyasi həyatın dəyərlərini, ölkəmizin beynəlxalq aləmdə mövqelərini, Azərbaycanla bağlı baş verən hadisələri obyektiv işıqlandıracaqlar, ictimaiyyəti obyektiv, operativ informasiya ilə təmin edəcəklər. Bu yolda teleradio kampaniyalara uğurlar diləyirik".
ANS TV
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az