İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bu gün Bakıya səfərə gəlir
Bu gün İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu Azərbaycana səfərə gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda belə deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov isə SİA-ya bildirib ki, səfər çərçivəsində E.İhsanoğlu sabah Bakıda (Park İnn otelində) keçiriləcək Azərbaycan Diplomatik Akademiyasının (ADA) və İslam Konfransı Təşkilatının (İKT) Baş Katibliyinin birgə təşkilatçılığı ilə "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq tədbirdə iştirak edəcək.
“Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslər də iştirak edəcəklər”, - deyə E.Poluxov əlavə edib.

Xəbər lenti