Editor.Az / Xəbər: İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bu gün Bakıya səfərə gəlir İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bu gün Bakıya səfərə gəlir ================================================================================ s.k on 10/11/2009/ 09:08 Bu gün İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu Azərbaycana səfərə gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda belə deyilir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov isə SİA-ya bildirib ki, səfər çərçivəsində E.İhsanoğlu sabah Bakıda (Park İnn otelində) keçiriləcək Azərbaycan Diplomatik Akademiyasının (ADA) və İslam Konfransı Təşkilatının (İKT) Baş Katibliyinin birgə təşkilatçılığı ilə "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq tədbirdə iştirak edəcək. “Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslər də iştirak edəcəklər”, - deyə E.Poluxov əlavə edib.