“4 il öncə məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 74 faiz olduğu halda, indi 25 faizdir”
Milli Məclisin dövlət büdcəsinin müzakirələri ilə bağlı keçirilən iclasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlər sahəsi ilə bağlı fikirlərini səsləndirdi.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin saxlanılması, onların sosial problemlərinin həllinə 2,9 milyard dollar vəsait xərcləyib: “Bu vəsaitin 1,3 milyard dolları dövlət büdcəsinin, 850 milyon dolları Dövlət Neft Fondunun, 750 milyon dolları isə beynəlxalq təşkilatların payına düşüb. Ötən il Azərbaycanda bir məcburi köçkünün saxlanılmasına 738 dollar xərclənib ki, bu da dünyada ən yüksək göstəricidir.
4 il əvvəl məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 74 faiz olduğu halda, indi 25 faiz təşkil edir.
Ə.Həsənov hazırda 46 rayondakı 262 orta məktəbdə 11 mindən artıq məcburi köçkünün yaşadığını qeyd edib. bu siyahıya ən Bərdə rayonu başçılıq edir. Hazırda Bərdədə 32 məktəbdə 850 məcburi köçkün ailəsi məskunlaşıb.
Ə.Həsənov onu da vurğulayıb ki, yataqxanalarda, fin qəsəbələrində, hərbi hissələrdə və orta məktəblərdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi gedir.
Qorqud
Xəbər lenti


