Azərbaycan paytaxtına ilk qar yağıb
Bakı və Abşeron yarımadasında yanvarın 25-də günün ikinci yarısından etibarən hava kəskin pisləşib.
Axşama doğru paytaxta ilk qar yağmağa başlayıb. Gün ərzində əsən şimal-qərb küləyi axşama doğru güclənib.
Yanvarın 26-da da hava şəraitinin tutqun olacağı, fasilələrlə qar yağacağı gözlənilir. Çovğun ehtimalı var.
Azərbaycanın rayonlarında da hava şəraiti kəskin pisləşib, temperatur düşüb. Yanvarın 26-da rayonlarda intensiv qar yağacağı, bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək.
Anomal soyuq hava şəraiti yanvarın 28-i gündüzədək davam edəcək.
Xəbər lenti


