Editor.Az / Xəbər: Moskvada “Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitab nəşr olunub Moskvada “Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitab nəşr olunub ================================================================================ admin on 18/11/2009/ 17:10 “Məmməd Əmin RƏsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlanan kitab Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr olunub. Kitabda Məmməd Əmin Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş “Azərbaycan Respublikası” əsəri, əvvəllər elmi ictimaiyyətə məlum olmayan, 1920-30-cu illərdə Azərbaycan SSR-də və SSRİ-də daxili siyasi situasiyaya həsr olunmuş məqalələri, 30-cu illərin sonlarına kimi Parisdə nəşr olunan “Prometey” jurnalındakı yazıları, həmçinin məktubları öz əksini tapıb. APA