Noyabrın 24-də Bakıda VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalına start veriləcək
Noyabrın 24-də Bakıda VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalına start veriləcək.
“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə həyata keçirilən festival noyabrın 26-dək davam edəcək. Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, filmlərin nümayişi Kinematoqrafçılar İttifaqının baxış zalında keçiriləcək. Bu il festivalda 14 ölkə təmsil olunacaq. Həmin ölkələr arasında Almaniya, Fransa, Polşa, Rusiya da var. Təşkilat Komitəsindən o da bildirilib ki, ötən illərlə müqayisədə builki festivalda iştirakçı ölkələrin sayında xeyli artım var. VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalında 14 ölkədən 24 rejissorun 34 filmi proqrama salınıb. Bu festivalda Polşadan təqdim olunan filmlər arasında ötən il Kann kinofestivalının qısametrajlı filmlər bölməsində iştirak etmiş film də var.
Xəbər lenti


