Abunə:
Email:
BAŞ SƏHİFƏ | MƏDƏNİYYƏT | “Avatar” Amerika prokatında liderliyi ələ alıb

“Avatar” Amerika prokatında liderliyi ələ alıb

Şrift ölçüsü: Decrease font Enlarge font
18-20 dekabrda filmin ilk premyerası 73 milyon dollar gəlir gətirib. 18-20 dekabrda filmin ilk premyerası 73 milyon dollar gəlir gətirib.

Film 73 milyoin dollar qazanıb

Ceyms Kameronun “Avatar” adlı yeni filmi Amerika prokatında ilk bazar günlərinin nümayişinə görə ən gəlirli film hesab olunub. “İtv.az” Associated Press-ə istinadən xəbər verir ki, 18-20 dekabrda filmin ilk premyerası 73 milyon dollar gəlir gətirib. Bu dekabr premyeraları arasında ən yaxşı göstəricilərdən biridir. Lakin “Avatar ” “Mən əfsanəyəm” filminin qoyduğu rekorddan geri galır. Uill Smitin baş rolda çəkildiyi bu film iki il öncə ilk bazar günü premyerasında 77,2 milyon dollar qazanmaqla, rekord vurub. 
“Variety”-nin yaydığı məlumata əsasən, Kameronun filmi dünya prokatında  həftə sonu üçün 220-230 milyon dollar gəlir gətirib. 
Ötən həftə Amerika prokatında Disney studiyasının “Şahzadə və qurbağa”  adlı animasiya filmi reyting cədvəlində 2-ci yerdə dayanıb. O həftə sonu 12,2 milyon dollar, ümümilikdə isə 44,8 miolyon dollar qazanca götürüb. 3-cü yerdə isə “Görünməyən tərəf” idman draması dayanıb. Bu film 10 milyon dollar qazanıb.   

İTV
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az