Osloya gedən yolun son mərhələsi fevralın 2-də başlayacaq "Foto"
2010-cu il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı kim təmsil edəcək?
Belə qısa müddət ərzində iştirak etməyinə baxmayaraq, ölkəmiz çox böyük nailiyyətlər əldə etmiş, 2008-ci ildə 8-ci yerə, 2009-cu ildə isə 3-cü yerə layiq görülmüşdür!
Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən bu layihə getdikcə ölkəmizdə böyük marağa səbəb olur, eyni zamanda milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdirmaqda mühüm rol oynayır.
“İtv.az” xəbər verir ki, “Eurovision” 2010 beynəlxalq müsabiqədə iştirak üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıq edilmiş, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılmişdır. Biz ümid edirik ki, Avropa bu il də Azərbaycanın zəngin musiqisini bəyənəcək və səs verəcək!
Adil Kərimli: “İctimai Televiziya tərəfindən bir neçə seçim turları keçirilmiş, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçıların video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilmiş və belə bir nəticəyə gəldik ki, yarımfinal mərhələdə final üçün iştirakçılar seçilsin.”
Yarımfinal mərhələdə iştirak edəcəklər:
Azad Şabanov
“Milk & Kisses” qrupu
Məryam Şabanova
Safura Əlizadə
Elli
Ülviyyə Rəhimova
Qeyd edək ki, bu mərhələ televiziya və internet vasitəsilə canlı yayımlanacaq!
Yarımfinal mərhələ fevral ayının 2-də şəhərimizin möhtəşəm zallardan birində - Buta Palasda keçiriləcəkdır.
Seçim tam olaraq “Eurovision” formatı ilə keçiriləcək. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaqdır.
İctimai televiziyanın “Eurovision” sevənlərə bir sürprizi də vardır. Belə ki, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana və 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və Azərbaycanın 2009 “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi AySel də iştirak edəcəklər. www.itv.az
Xəbər lenti


