Ədalət Şükürovun 100 min manatlıq avtomobili külə döndü
Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun avtomobili yanıb.
Bu barədə APA-ya Abşeron rayon Polis İdarəsindən məlumat verilib. Hadisə ötən gün rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.
Ə.Şükürova məxsus “Mercedes S-Class” markalı avtomobil müğənninin evinin qarşısında qəflətən alışıb. Hadisə baş verən zaman müğənni maşında olmayıb. Avtomobili evinin qarşısında saxlayıb evə girən müğənni qayıdanda maşınının alışdığını görüb. Nəticədə, avtomaşının mühərrik hissəsinin konstruksiyaları tamamilə yanıb.
Baş vermiş hadisə ilə bağlı Abşeron rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ə.Şükürov APA-ya açıqlamasında faktı təsdiqləyib. Yanğının qısaqapanmadan baş verdiyini deyən müğənni avtomobilin tamamilə sıradan çıxdığını söyləyib. Ə. Şükürov avtomobilinin 100 min manat dəyərində olduğunu və sığortalandığını deyib: “Mənim bütün maşınlarım və evlərim sığortalanıb”.


