Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Nalbandyan: "Beynəlxalq ictimaiyyət protokolların tətbiq olunmasını gözləyir"

Nalbandyan: "Beynəlxalq ictimaiyyət protokolların tətbiq olunmasını gözləyir"

Şrift ölçüsü: Decrease font Enlarge font
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan

Ermənistan xarici işlər naziri: "Əgər təsdiqləməyəcək və tətbiq etməyəcəkdiksə, iki protokolu niyə imzaladıq?"

Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi şərhlərə reaksiya verib. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Qarabağ problemi və Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşdırılması fərqli proseslərdir.
"Beynəlxalq cəmiyyət, protokolların tətbiq olunmasını gözləyir" deyə E. Nalbandyan qeyd edib. Nalbandyan Türkiyə və Ermənistan arasındakı müzakirələrin nəticələndiyini, artıq hər iki tərəfin də sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində sürətli hərəkət etməklə bağlı öhdəçiliyinin olduğunu söyləyib.
"Əgər təsdiqləməyəcək və tətbiq etməyəcəkdiksə, iki protokolu niyə imzaladıq?" deyə soruşan Nalbandyan, bütün beynəlxalq ictimaiyyətin, protokolların sürətlə təsdiqlənməsi və tətbiq olunmasını gözlədiyini deyib.
Nalbandyan qeyd edib ki, tərəflərdən biri, protokolların təsdiqlənməsini və tətbiqini gecikdirərsə, ya da bəzi maneələr çıxarsa, bunun mənfi nəticələri ola bilər.
Dağlıq Qarabağ və Türkiyə-Ermənistan münasibətlərinin iki fərqli proses olduğunu vurğulayan Nalbandyan, Qarabağ problemin həlli ilə bağlı İrəvan və Bakı arasında davam edən danışıqlar barədə isə belə deyib: "Müsbət bir dinamika var, ancaq qısa vaxt ərzinndə konkret nəticə gözləmək lazım deyil".

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az