Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Metroda gedişhaqqının qaldırılmasının səbəbi açıldı

Metroda gedişhaqqının qaldırılmasının səbəbi açıldı

Şrift ölçüsü: Decrease font Enlarge font

Büdcədən bu sahəyə ayrılan vəsait ixtisar edilib

Gələn ilin dövlət büdcəsindən metrpolitenə 9.1 miylon manat subsidiyanın ayrılması planlaşdırılır. Bu da 2009-cu ilin proqnozundan 3,6 dəfə, gözlənilən icradan 3 dəfə azdır. Belə ki, 2009-cu ilin proqnozunda bu istiqamətdə 33.1 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Ancaq ilin sonuna həmin vəsait ixtisar edilərək, 26,84 milyon manata kimi azaldılıb. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri deyir ki, məhz bunu kompensasiya etmək üçün hökumət ilin sonu çatmamış gediş haqqını qaldırıb: “Tarif Şurası oktyabrın 1-də gediş haqqını 3 dəfə artıraraq 15 qəpiyə çatdırdı. Proqnozlara görə, artım nəticəsində metropolitenin hesabına 20 milyon manat vəsait daxil olacaq”. Növbəti il üçün metropolitenə ayrılacaq subsidiyanın məbləğinin 2009-cu ilin gözlənilən icrası ilə müqayisədə 17,74 milyon manat az olacağını vurğulayan mütəxəssislər metroda gedişhaqqının aşağı olması səbəbindən hər il büdcədən ayrılan subsidiyaların həcminin artırıldığını xatırladır. Belə ki, 2007-ci ildə metropolitenə 14,21 milyon, 2008-ci ildə isə 19,1 milyon manat ayrılıb.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az