Nyu-Yorkun Kolumbiya Universitetində Azərbaycan Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş konfrans keçiriləcək
Nyu-Yorkun Kolumbiya Universitetində “Azərbaycan XXI əsrdə: perspektivlər və çağırışlar” adlı konfrans keçiriləcək.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşı Vüqar Pənahov məlumat verib. Tədbir Azərbaycan Diplomatik Xidmətinin 90 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev, Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, beynəlxalq diplomatiya üzrə professor, səfir Stefen Sestanoviç, professor Timoti Frye və başqaları iştirak edəcəklər.
APA
Xəbər lenti


