Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Tiflisdə GUAM Parlament Assambleyasının iclası keçiriləcək

Tiflisdə GUAM Parlament Assambleyasının iclası keçiriləcək

Şrift ölçüsü: Decrease font Enlarge font
Noyabrın 10-da yekun sənədləri imzalanacaq. Noyabrın 10-da yekun sənədləri imzalanacaq.

Bu gün Tiflisdə GUAM Parlament Assambleyasının IV geniş iclası olacaq

“Şeraton Metexi Palas” mehmanxanasında baş tutacaq iclası Gürcüstan parlamentinin sədri David Bakradze açacaq. İclasın işində GUAM üzvü olan ölkələrin nümayəndələri, GUAM-ın baş katibi, Baltik Assambleyası və GUAM ölkələri səfirliklərinin nümayəndələri və GUAM tərəfdaşları iştirak edəcəklər. GUAM-ın iclasında geosiyasi vəziyyət və bu proseslərin GUAM çərçivəsində əlaqələrə təsiri, regional əməkdaşlıq, eyni zamanda GUAM ərazilərində siyasi, iqtisadi, enerji, ekoloji münaqişələrin həlli, Avropa Birliyi - GUAM əməkdaşlığının perspektivləri mövzularında məsələlərə baxılacaq. İclas iki gün davam edəcək. Tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir. Noyabrın 10-da yekun sənədləri imzalanacaq. 
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az