Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Azərbaycanın xarici işlər naziri Gürcüstan səfirini diplomatik fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Azərbaycanın xarici işlər naziri Gürcüstan səfirini diplomatik fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Şrift ölçüsü: Decrease font Enlarge font


Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Nikolos Natbiladzeni diplomatik fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Azərbaycan XİN-dən  daxil olan məlumatda belə deyilir.
Görüş zamanı səfir N.Natbiladze Azərbaycanda Gürcüstanın səfiri olmasından məmnun olduğunu bildirib. İşlədiyi dövrdə ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığını qeyd edib.Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zaman göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir N.Natbiladzeyə xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az