Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Mehriban Əliyeva: "Azərbaycan muğamı dünya musiqi xəzinəsinin incisidir"

Mehriban Əliyeva: "Azərbaycan muğamı dünya musiqi xəzinəsinin incisidir"

Şrift ölçüsü: Decrease font Enlarge font
Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz. Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz.

Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı keçirilib

Bu gün Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub. Heydər Əliyev Fondunun “Azərbaycan muğamları” layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan “Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb. 

“Muğam aləmi” nəşri bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunub. Nəşrə daxil olan 33 DVD-də Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları və etnocaz nümunələri toplanıb. 

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin muğamlarımızın qorunması və təbliğindəki rolunu vurğulayıb. Muğamı Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisi kimi qiymətləndirən Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan muğamı haqqında ilk multimedia toplusu unikal layihədir. 

"Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz. Muğam bütün dövrlərdə yaşayıb. Muğam siyasi, ictimai və iqtisadi durumdan asılı olmayaraq mədəniyyətimizdə öz yerini qoruyub saxlayıb", - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayıb.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadə, xalq artisti Arif Babayev və əməkdar artist Təyyar Bayramov Azərbaycan muğamının qorunması, inkişafı və təbiliğindəki xidmətlərinə görə Mehriban Əliyevaya öz minnətdarlığını bildiriblər. 
 
ANS 




Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az