Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Azərbaycan və Belarus arasında beş hökumətlərarası saziş imzalanıb

Azərbaycan və Belarus arasında beş hökumətlərarası saziş imzalanıb

Şrift ölçüsü: Decrease font Enlarge font
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Birgə Bəyannaməni imzalayıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Birgə Bəyannaməni imzalayıblar.

Noyabrın 12-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun təhsil naziri Aleksandr Radkov imzalayıblar.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində əməkdaşlıq üzrə sazişin həyata keçirilməsi barədə Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun təhsil naziri Aleksandr Radkov imzalayıblar.

"Azərbaycan Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov imzalayıblar.

"Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov imzalayıblar.

"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqələrə dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsev imzalayıblar.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az