Azərbaycanda ifadə azadlığı təzyiq altındadır
Avropa Şurasının Baş katibi Torbyörn Yaqlandın bəyanatı
“Xuliqanlığa” görə həbslə nəticələnmiş iyul hadisəsindən az öncə iki gənc “YouTube” şəbəkəsində satirik video yerləşdirmiş, orada hökuməti dolayısı ilə tənqid etmişdilər. Hadisələrin bu ardıcıllığı Azərbaycanda ifadə azadlığı üçün çəkindirici təsirə malik olacaq.
Hakimiyyət orqanları mediyaya, vətəndaş cəmiyyətinə və ümumiyyətlə ictimai tənqidə qarşı öz mövqelərinə tənqidi yanaşmaqla yenidən nəzər salmalı və bu mövqeyi Avropa Şurasının üzvü və İnsan hüquqları haqqında Avropa Konvensiyasının iştirakçısı qismində götürdükləri öhdəliklərinə uyğunlaşdırmalıdırlar. İfadə azadlığı demokratiyanın həyati əhəmiyyətli ilkin şərtidir. Onsuz azadlıq, yaradıcı fəaliyyət, yaxşı ideyalar, məsələlərin düzgün həlli və sosial tərəqqi yoxdur. Söhbət təkcə Adnanla Eminin azadlığından getmir, həm də Azərbaycanda bütün insanların azadlığından və rifahından gedir.
COE
Xəbər lenti


