Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində özünün aparıcı rolunu saxlamalıdır - BMT Baş katibinin müavini

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində özünün aparıcı rolunu saxlamalıdır - BMT Baş katibinin müavini

Şrift ölçüsü: Decrease font Enlarge font
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Con Holms belə hesab edir. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Con Holms belə hesab edir.

ATƏT Cənubi Qafqazda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində özünün aparıcı rolunu saxlamalıdır.

"Güman edirəm ki, hər bir uzun sürən danışıqların dondurulması adi proses deyil, lakin Dağlıq Qarabağ münaqişəsinə dair son zamanlar bəzi canlanmalar müşahidə olunur və bu ümid verir", - Holms bildirib.

O, ATƏT-in Minsk Qrupu tərəfindən təklif edilən taktika və prinsipləri dəstəklədiyini bildirib. Holmsun fikrincə, ATƏT-in Minsk Qrupu daha səmərəli olmalıdır.

"Baxmayaraq ki, bu proses həm Azərbaycan, həm də Ermənistan üçün çətin olacaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hər iki ölkənin marağındadır", - Holms bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az