Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | İlham Əliyev: "Torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmalıyıq"

İlham Əliyev: "Torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmalıyıq"

Şrift ölçüsü: Decrease font Enlarge font
Biz çalışırıq ki, Qarabağ problemini sülh yolu ilə həll edək, çünki biz müharibə istəmirik. Biz çalışırıq ki, Qarabağ problemini sülh yolu ilə həll edək, çünki biz müharibə istəmirik.

"Çalışırıq ki, Qarabağ problemini sülh yolu ilə həll edək, ancaq sülh yolu ilə də olmur"

Ancaq sülh yolu ilə də olmur. Bunu bu gün prezident İlham Əliyev Bakının Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi ilə bağlı mərasimdə çıxış edərkən bəyan edib. Dövlət başçısı qeyd edib ki, danışıqlar aparılsa da, məsələnin köklü şəkildə həllinə hələlik nail olmaq mümkün olmur. "Neçə dəfə danışıqlar aparılıb. Hər il 7-8 dəfə. Müəyyən irəliləyiş var. Ancaq biz məsələnin köklü şəkildə həllinə nail ola bilmirik. Çünki Ermənistan tərəfi bütün beynəlxalq normalara tamamilə zidd mövqe nümayiş etdirir", - deyə prezident vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan uzun illər ərzində erməni işğalçılarının etnik təmizləmə siyasətindən əziyyət çəkir: "Bu, dözülməz bir vəziyyətdir, ən böyük ədalətsizlikdir, insan hüquqlarının kobudcasına tapdalanmasıdır. Ancaq dünya birliyi buna biganə qalır. Düzdür, beynəlxalq təşkilatlar lazım olan qərarları, qətnamələri qəbul edib. Ancaq onlar icra olunmur. Belə olan halda, o qətnamələrin mənası da itir. Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur, kobudcasına pozulur. Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalması bunun nəticəsidir".

Dövlət başçısı həmçinin ordu quruculuğundan danışıb. "Ordu quruculuğu işinə böyük dəstək verilir. Ordumuz güclənir. Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq", - deyə prezident bildirib.

AzərTac

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az