“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəticə əldə etmək üçün hər şey edir”
Bunu Rusiya XİN-in rəsmisi Andrey Nesterenko deyib.
Bunu Rusiya XİN-in rəsmisi Andrey Nesterenko bu gün keçirdiyi mətbuat konfransında Apa-nın müxbirinin sualını cavablandırarkən deyib. A. Nesterenko Rusiyanın danışıqlar prosesinin iştirakçısı olduğunu, hamını qane edəcək nəticəyə nail olunması üçün əlindən gələni etdiyini vurğulayıb. Diplomat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həssas məsələdir, çoxşaxəlidir: “Bizdən asılı olan hər şeyi edirik ki, münaqişə tərəflərinə kömək edək”.
Xəbər lenti


