Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

Şrift ölçüsü: Decrease font Enlarge font

Dünən Bakı Şəhər Gənclər və İdman  Baş  İdarəsinin, Gəncliyə Yardım Fondunun və “Azərbaycan Tələbə-Gənclər İttifaqı” İctimai Birliyinin  təşəbbüsü ilə  Gəncliyə Yardım Fondunun konfrans zalında 20 yanvar faciəsinin XX  ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda tədbir keçirildi.

Gəncliyə Yardım Fondunun direktoru Əhməd Tecin xatırlatdı ki, 20 yanvar faciəsi baş verən zaman o tələb olub. O bildirdi ki, 20 Yanvar faciəsində ölən soydaşlarımız vətən, torpaq uğuruda şəhid olublar: “Amma qeyd edim ki, şəhid olmaq ölmək demək deyildi. Şəhid olmaq  şahid olmaq deməkdir. Şahid olmaq isə bütün zamanın və məkanın üstünə çıxaraq ruhu ölçüsüzləşdirmək deməkdir. İllər keçsə də,tarixi faciənin şahidi olan şəhidlik zirvəsinə ucalanlar yaddan çıxmayacaq və əbədi olaraq qəlbimizdə və tarixin yaddaşında yaşayacaqlar”.

Prezident Aparatının ictimai siyasi məsələr şöbəsinin məsul işçisi Rasim Mirzəyev bildirdi ki,  20 Yanvar faciəsinə tarixi hüquqi qiymət verilməsi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib:”Eyni zamanda bu faciənin qəhrəmanlıq səhifəsi kimi də qiymətləndirən  ümummilli lider olub.  1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycanın yeni tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Həmin müdhiş gecədə həlak olan insanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli  azadlığı, müstəqilliyi üçün yol açıdlar”.

20  Yanvar faciəsi baş verən zaman 23 yaşı olduğunu xatırladan Gənclər və İdman Nazirliyinin  şöbə müdiri Əli Məmmədov isə bildirdi ki, həlak olanların çoxu gənclər idi.

20 Yanvar faciəsinin XX əsr boyu Azərbaycan xalqına qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu deyən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etdi ki, Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların indiki Ermənistan  ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir:” Bu gün 20 Yanvar faciəsinin dünyaya çatırılmasında tələbə hərəkatının da çox böyük rolu var. Bu gün biz 10 min beynəlxalq  e-mail ünvanına bu faciə ilə bağlı məlumat göndərəcəyik. Əgər, bir nəfər bunu oxuyub bilsə. Deməli, bu günümüz hədər getməyib. Mən  bir daha tələbə hərəkatını Qarabağ məsələsi və 20 Yanvarla bağlı məsələlərin dünyaya çatıdırılmasında  fəal olmağa çağırıram. Yəni, gənclər  mövqeyləri daxilində savadla,elmlə ümumi faktlara əsaslanaraq mübarizə aparsa biz qalibiyyətə  daha tez yaxınlaşarıq. Və torpaqlarımızın azad olunmasına nail olarıq”.

“Bugünkü tədbirdə  1990-cu ildən sonra dünyaya gəlmiş uşaqların rəsm əsərləri sərgilənir, eyni zamanda 20 Yanvar faciəsi ilə bağlı inşa yazıları qiymətləndiriləcək”.

Tədbirə toplaşan bir qrup gənc tərəfindən 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı  dünya xalqlarına və dövlətlərinə müraciət ünvanlandı. Müraciətdə bildirilir ki,  bu büdhiş hadisənin, vandalizm aktının törədilməsindən 20 il vaxt ötməsinə baxmayaraq, olaya dünya dövlətləri tərəfindən indiyədək siyasi  qiymət verilməməsi Azərbaycan xalqının və o cümlədən biz gənclərin ciddi narahatçılığına səbəb olur.Sonda  isə tədbirdə 20 Yanvar faciəsini əks etdirən rəsm sərgisi nümayiş olundu və faciəni əks etdirən videçarx göstərildi.  Həmçinin orta ümumtəhsil məktəblərinin  yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzsunuda keçirilən inşa yazı  müsabiqəsinin qalibləri  mükafatlandırıldı. İnşa yazı müsabiqəsində qalib olmuş şagirdlər-  I yer 150 manat, II yer 100 manat və III yer 50 manat və fərqlənmiş uşaqlar 20 manat pul mükafatı və təşkilatçılar tərəfindən  müvafiq  diplomlar və xatirə hədiyyələri  ilə təltif olundular.

GÜNAY
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az