Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | 20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olunur

20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olunur

Şrift ölçüsü: Decrease font Enlarge font
20 Yanvar faciəsindən artıq iyirmi il ötür. 20 Yanvar faciəsindən artıq iyirmi il ötür.

Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən faciənin 20 illiyinin geniş şəkildə qeyd olunması planlaşdırılmışdır. Rayonun ali təhsil müəssisələrindən olan  Dövlət Pedaqoji  və  Dövlət İqtisad universitetlərində 20 Yanvara həsr olunmuş toplantı və xatirə mərasimləri, “Qərb” Universitetində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.  Faciənin ildönümü ərəfəsində İstiqlal Muzeyində 20 Yanvar faciəsi ilə bağlı foto sərgi təşkil olunmuşdur. Rayonun orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılmışdır. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şəhidlərin şəkilləri və  xatirə guşələri önünə güllər qoyularaq, şagird və tələbələrin  “Şəhidlər Xiyabanı”na  ziyarəti təşkil  olunur. Yanvar ayının 18-19-da rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilib.

Həmin gün ictimai asayişin və “Şəhidlər Xiyabanı”na ziyarətə gələnlərin təhlükəsizliyinin təmin olunması və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Səbail rayon Polis İdarəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaqlar. Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək. Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə görüş keçirilib. Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının “Şəhidlər Xiyabanı”nda yerləşən və tədbir ərəfəsində rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq təşkilatın istifadəsinə verilən qərərgahında rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu və Mərkəzinin, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayənlərinin iştirakı ilə təşkil olunan görüş  torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev  hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Natiq Prezident İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman  diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilib. Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb.  Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. 

Tədbirin sonunda şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  paylanıb.

AYSEL
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az