Dünyanın ən böyük mesenatı
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
H.Z.Tağıyev 1838-ci il yanvarın 25-i Bakıda başmaqçı ailəsində anadan olub. On yaşına çatanda atası onu bir bənnanın yanında palçıq daşımağa düzəldir. O 12 yaşına çatanda artıq daş yonur, 15 yaşında ikən bənnalıq etməyə başlayıb.
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürən Tağıyev avadanlıq alaraq, usta və əmələlər tutaraq, quyu qazdırmağa başlayır. İlk baxışdan uğursuz alınan işi sonda ona milyonlar bəxş edir. Beləki, başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür milyonçu Tağıyevə. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir.
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.
Onun Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında Ənzəli və Rəşt ərazisində meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı. Bundan əlavə Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınıb.
1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Beləliklə də ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar çap edilməyə başlandı. Bu cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.
O həmçinin Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi.
Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabırın 1-də 86 yaşında vəfat edib.
Xəbər lenti


