Abunə:
Email:
BAŞ SƏHİFƏ | GÜNDƏM | Prezidentlər preambula üzərində razılığa gəliblər

Prezidentlər preambula üzərində razılığa gəliblər

Şrift ölçüsü: Decrease font Enlarge font
Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü olub. Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü olub.

Bakı və İrəvan Qarabağla bağlı yenilənmiş Madrid prinsiplərinə əlavələrə dair öz təkliflərini açıqlamağa da razılıq verib

Dünən Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü olub.

Görüş Soçidən təxminən 70 km məsafədə yerləşən “Krasnaya polyana” Qəbul Evində keçirilib. Bura Rusiya prezidentinin Soçidəki iqamətgahı sayılır(BBC).

İlham Əliyev və Serj Sərkisyan Soçi aeroportundan dərhal “Krasnaya Polyanaya” yollanıblar. Və bundan sonra üçtərəfli görüş başlayıb.  Rəsmi məlumatlarda konkret olaraq hansı məqamlarım müzakirə ediləcəyi bildirilməsə də, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.  Qeyd edək ki, danışıqlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Sergey Prixodko, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan Prezident Administrasiyası rəhbərinin müavini Viqen Sərkisyan da iştirak ediblər.

Üçtərəfli danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin Adler aeroportunda ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda görüşü nəzərdə tutulurdu.Elə həmin gün Azərbaycan və Ermənistan prezidentlərinin vətənlərinə qayıtması planlaşdırılırdı.

 Bundan əvvəl Rusiya prezidenti administrasiyasının rəhbəri Segey Narışkin demişdi ki, Soçidəki görüşdə müəyyən irəliləyişin əldə olunmasına ümid bəsləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünün nəticələrinə dair bəyanatla çıxış edib. Azərbaycan və Ermənistan yeniləşmiş Madrid prinsiplərinə öz təkliflərini verəcəklər.Rusiyanın xarici işlər naziri deyib ki, əsas prinsiplərdə tərəflərin razılaşa bilmədiyi yerlər var. Bu məqamlar üzrə özlərinin konkret ideyalarını, təkliflərini irəli sürmək haqda tərəflər razılığa gəliblər.

Lavrov deyib ki, tərəflərin bu təklifləri Madrid prinsiplərinin yeniləşmiş mətninə daxil ediləcək. 

XİN başçısı prezidentlərin ötən il keçirilən formatda danışıqları davam etdirdiyini, bu dialoqun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün tərəfləri qane edən sülh yolu ilə nizamlanması variantının axtarışına dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini möhkəmləndirdiyini bildirib: “Danışıqlar çox səmərəli oldu, tərəflər həmsədrlərin təqdim etdiyi konkret təklifləri nəzərdən keçirdilər. Ümumi anlaşma var və bütün bunlar sənədlərin preambula hissəsində təsdiqini tapıb. Tərəflər belə bir sənədin mövcudluğunu müsbət qiymətləndiriblər, çünki bu, danışıqları abstrakt formada deyil, konkret formullar əsasında aparmağa imkan verir. Bugünkü (dünənki-red) danışıqların ən mühüm nəticəsi ondan ibarət oldu ki, tərəflər razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaq və sonra bu formullar sənədə daxil ediləcək. Tərəflər çox açıq söhbət etdilər, əminik ki, bu, həmsədrlərə gələcək işlərində yardımçı olacaq. Danışıqlar səmərəli oldu və prezidentlər dialoq prosesini davam etdirməyi razılaşdırdılar”

ATƏT-in 2007-ci ildəki Madrid sammitində Azərbaycana və Ermənistana təklif olunan prinsiplərin yeniləşməsi kimi tanınan həll variantına görə Dağlıq Qarabağ problemi həm ərazi bütövlüyü, həm də xalqın öz müqəddəratını həll etməsi əsasında həll olunmalıdır. Lavrov tərəflərin budəfəki açıq söhbətinin Minsk prosesinə də müsbət təsir edəcəyini düşünür. O, mediaya açıqlamasında vurğulayıb ki, münaqişə tərəflərinin razılaşdırılmamış məqamlar üzrə təkliflər verməsi danışıqlar prosesində konkretliyə səbəb olacaq.

Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını mümkün sayır. Prezident İlham Əliyev bu fikri öz çıxışlarında dəfələrlə bildirib.

Rəsmi Bakı Soçi görüşü ilə bağlı açıqlama yaymayıb. Rusiya qaynaqları isə yazır ki, görüş təxminən iki saat sürüb. Rusiya xəbər mənbələri məlumat verir ki, Azərbaycan və Ermənistan aralarındakı münaqişəni bitirə biləcək razılığa preambula imzalayıblar(Amerikanın səsi).

Danışıqlardan sonra Rusiya və Azərbaycanın dövlət başçıları “Krasnaya polyana” dağxizək komleksində xizək sürüb danışıqları qeyri-rəsmi şəraitdə davam etdirməyi qərara alıblar. Serj Sarkisyan isə danışıqlardan sonra Ermənistana qayıdıb. Onun Medvedevlə Soçi danışıqlarından öncə təkbətək görüşü ötən həftə Moskvada olmuşdu.

APA-nın xəbərinə görə, ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib ki, bu ilin yazında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşma əldə edilə bilər.

Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşünə toxunan Q. Lenmarker ümid etdiyini bildirib ki, tərəflər danışıqların sonunda ortaq məxrəcə gələ biləcək: “Razılaşmanın imzalanması üçün daha çox görüş keçirmək lazım gələcək. Lakin biz bu gün müşahidə edirik ki, tərəflər getdikcə daha çox bir-birinə yaxınlaşır və münaqişənin həllinə dair razılaşma bu ilin yazında mümkün ola bilər”.

 Dağlıq Qarabaq üzrə alt komitənin fəaliyyətinə dair APA-nın sualını cavablandıran Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç  isə bəyan edib ki, bu komitənin işinin canlandırılması zəruridir: “Biz iki ölkənin mövqelərinin yaxınlaşdırılmasına çalışırıq. Mən münaqişənin həllində konfrontasiya, güc yolunu tamamilə istisna edirəm. Bu, Avropa Şurasının da mövqeyidir. Münaqişə sülh yolu ilə həll edilməlidir. Biz dialoq yolu ilə irəliləməliyik. Alt komitə tərəflərin siyasi qərarlarının proqnozlaşdırılmasında önəmli ola bilər. Yeni seçiləcək sədr bu işləri davam etdirəcək”. L. M. de Puç alt komitənin sədri postuna namizədlərin kimliyi barədə məlumatsız olduğunu deyib

Onu da deyək ki, bu görüş son iki həftə ərzində müşahidə edilən ciddi və intensiv diplomatik fəaliyyətdən sonra baş verir - Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Moskvada Qarabağ məsələsini müzakirə edib, S. Lavrov bundan sonra Ermənistana səfər edib, Ermənistanın müdafiə naziri və sonradan prezidenti Moskvaya səfər ediblər. Və nəhayət ötən həftə Minsk Qrupu həmsədrləri bölgəyə səfər ediblər.

Xatırladaq ki, bu, prezidentlərin üçtərəfli formatda keçirdiyi sayca 5-ci görüşdür. İlk belə görüş 2008-ci ilin noyabrında keçirilib, görüşdən sonra hər üç prezident Moskva Bəyannaməsi imzalayıblar. Prezidentlərin növbəti üçtərəfli görüşü 2009-cu ilin iyununda Sankt-Peterburqda, üçüncü görüşü bir ay sonra Moskvada, dördüncü görüşü ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

FUAD
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az