Abunə:
Email:
BAŞ SƏHİFƏ | DİASPOR | Berlində AAKM idarə heyətinin iclası keçirilib

Berlində AAKM idarə heyətinin iclası keçirilib

Şrift ölçüsü: Decrease font Enlarge font

Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin növbəti iclası keçirilib.

İclasda Almaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yollarının araşdırılması və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması məsələləri müzakirə olunub, 2010-cu il üçün tədbirlər üzrə təkliflər verilib. Sonra iclas Berlin şəhəri Azərbaycan və türk diasporu nümayəndələrinin iştirakı ilə geniş formatda davam edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun çıxış etdiyi tədbirdə Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edən və türk diasporu ilə əməkdaşlığın gücləndirilməsinə dair problemlərdən danışılıb.

Çıxışlarda qeyd edilib ki, iki dövlət arasında əlaqələrin yaradılması həmin dövlətləriin suveren haqqıdır. Lakin mövcud vəziyyətdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması Azərbaycanın marağına ziddir.

Nigar
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az