Erməni lobbisi Türkiyəyə qarşı yeni kampaniya hazırlayıb
Türkiyənin tanınmış tarixçisi Cezmi Yurdsevər erməni lobbisinin rəsmi İrəvanla birlikdə Türkiyəyə qarşı yeni kampaniyaya başlayacağını bildirib.
Tarixçinin sözlərinə görə, Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Ankaranın Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarının azad olunması təklifinə qarşı ermənilər siyasi manevr kimi “Adana təzminat dosyesi” hazırlamışlar. Bu istiqamətdə ermənilərin fəaliyyəti cari ilin əvvəlində başlamış və erməni diasporu, Ermənistan dövləti və Livandakı Kilikiya kilsəsinin təşkilatçılığı ilə bir neçə konfrans və seminarlar keçirilib. Kampaniyanın əsas məqsədi ondan ibarətdir ki, Türkiyə Dağlıq Qarabağ problemini gündəliyə salmasın. Əks halda, 1909-cu ildə Adana şəhərində ermənilərə məxsus olmuş daşınmaz əmlakın mənimsənilıməsinə görə türklərə təzminat açılması üçün hazırlanmış dosyelər işə salınacaq.
Cezmi Yurdsevər bildirib ki, bu kampaniyanın təşəbbüsçüsü olan Kilikiya erməni kilsəsinin baş keşişi Aram Sarkisyan oktyabrın 28-də ABŞ-ın Beyrutdakı səfiri, Ermənistan Prezidenti Serj Sarkisyan və xristian dünyasının bir sıra kilsə xadimləri ilə məsləhətləşmələr apardıqdan sonra Türkiyənin təzminat ödəməsi ilə bağlı kampaniyanın başlanacağını elan edib. Saxtakarlıq edən keşiş Aram Sarkisyan deyib ki, türklər Adanada öldürülmüş 30 min erməninin əmlakı üçün təzminat ödəməlidirlər. Halbuki Osmanlı imperiyasının rəsmi sənədlərinə görə, həmin ildə bu şəhərdə 18 min erməni varmış.
AzərTAc
Xəbər lenti


