Abunə:
Email:
BAŞ SƏHİFƏ | DİASPOR | Atəş kimi bir iddia

Atəş kimi bir iddia

Şrift ölçüsü: Decrease font Enlarge font
Nuridə Atəşi Nuridə Atəşi

Nuridə Atəşi amazonların Azərbaycanla bağlı olduğunu sübut etməklə bağlı fəaliyyətini davam etdirir

Nə zamandır  amazonların Qafqazda tədqiqatı ilə mətbuatı məşğul edən Nuridə Atəşi bir çox yeni tezislər ortaya ataraq davakar amazon qadınlarının tarixi vətəninin Qafqaz,  xüsusilə Azərbaycan və Qarabağ  olmasını sübut eləməkdə qərarlıdır. Onun adından redaksiyamıza daxil olmuş məlumatda iddia olunur ki, hələ Moisey Kalankatuklu (kiminə görə alban tarixçisi, kiminə görə uydurma erməni tarixçisi-red.)bu ölkənin qədim adlarını belə açıqlayıbmış: Albaniya,Atropatena və Amazoniya. Tədqiqatçı amazonların dünyada yeganə mağarası YUNESKO mədəni irsinə aid olan Qobustan və xüsusilə “Ana zağa” mağarası, Qax rayonunun Sarıbaş kəndinin əsl Amazon kəndi olduğu, amazonların Strabon, Herodot Arrian  və digər antik yazarların ,tarixçilərin məlumatları əsasında onların yaşadığı yerlər olaraq Kerravn dağının Qarabağdakı Qərvənd–Camışdağı olması və amazon adının qədim Alazan çayının adından yaranmış olduğunu elmi, arxeoloji, etnoqrafik və tarixi faktlarla bütün dünyaya sübut etməyə çalışır.

Amazonların türk tarixçi Osman Kurt öz tədqiqatlarında savaşkar amazonların kişiləri onlara xəyanət,satqınlıq edərkən cəzalandırma üsulu olaraq onların cinsiyyət üzvünün kəsilməsinin bir qanun kimi olduğu tezisini ortaya atıb, sonralar hərəmxanalarda xədimlik məsələsinin kökünü də buradan başladığını ortaya sürüb. Daha sonralar isə məzar üzərində daşdan həmin fallusların(latıncadan tərcümədə  kişi cinsiyyət orqanı-red.) heykəllərinin  qoyulmuş olduğunu söyləyib.

N. Atəşi belə bir fallusu Azərbaycanın Qala kəndinin qədim qəbirsanlığında aşkar etdiyi iddiasındadır. Onun yarımküfr iddiasınca,  Qala kəndinin yaşayış yerində də belə bir fallus tapılmış lakin məzar açılmadan və tədqiq edilmədən məhv edilmiş yerində isə Pir tikilməyə başlansa da yarımçıq qalıb. Bu tarixi fiqur isə Qala kəndində açılmış möhtəşəm muzeyin eksponatları sırasına, kataloqa salınmamış muzeyin deposunda bir küncə atılıb.

Daxil məlumatda iddia edildiyinə görə, Qala kəndi qəbirsanlığında qorunmamış qalan hələlik kənd camaatı tərəfindən dağıdılmamış məzar isə qədim Qala sakinləri tərəfindən dumanlı şəkildə belə xatırlanır:” Qədimdə sonsuz qadınlar bu məzarın üstünə gələrək onun üzərində oturmuş və Tanrıdan övlad diləmişlər. Məzarın yanında olan digər qadın cinsiyyət üzvünə bənzər böyük məzar daşının üstünə uzanaraq ürəklərində niyyət tutaraq şüşə sındırmışlar.”

N. Atəşi bu fallusların pirlə əlaqəsi olmadığını ehtimal edir və Azərbaycanın digər bölgələrində hətta Qafqaz və Orta Asiyada bu fallusların amazonların növbəti sirrli izi kimi gün işığına çıxara biləcəyində israrlıdır.

O həmçinin Qala qəbirsanlığındakı bu əhəmiyyətli abidənin təcili hasara alınıb qorunulması üçün  Milli Elmlər Akademiyasına və Arxeologiya və Etnoqrafiya İnstutuna rəsmi müraciət edib.Möhtərəm alimlərimizin müraciətə nə cavab verəcəyini bilmirik.Bura Azərbaycandır, istənilən xülyanı təsdiqləyən onlarca adam tapa bilərsiniz. Amma alovla oynaycaq qədər ciddi iddialar ortaya qoyan atəşli tədqiqatçı N. Atəşinin elementar bir xətaya yol verdiyini diqqətə çatdırmağı vacib bilirik. Tədqiqatçı xanım  öz yazdığı kimi olduğuna inansaq, Qalada aşkar etdiyi qadın cinsiyyət orqanı heykəlini  səhvən  fallus(yuxarıda mənasını izah etmişik-red.) adlandırırlar. Onsuz da  dolaşıqlığı kifayət qədər olan tariximizin içinə durub da belə bir atəş salmağın nə mənası var?

SABUTAY
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az