Abunə:
Email:
BAŞ SƏHİFƏ | DİASPOR | Meksikadakı diaspor təşkilatımızın yeni internet səhifəsi açılıb

Meksikadakı diaspor təşkilatımızın yeni internet səhifəsi açılıb

Şrift ölçüsü: Decrease font Enlarge font
Meksikada fəaliyyət göstərən bu diaspor təşkilatının internet səhifəsi Latın Amerikası ölkələrində yaşayan azərbaycanlıların əlaqə vasitəsinə çevriləcək. Meksikada fəaliyyət göstərən bu diaspor təşkilatının internet səhifəsi Latın Amerikası ölkələrində yaşayan azərbaycanlıların əlaqə vasitəsinə çevriləcək.

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının yeni internet saytı (www.azerbaijani-association.org) istifadəyə verilib.

Sayt ispan və ingilis dillərində təqdim edilən bu saytda Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi barədə ətraflı bilgilər, digər mühüm  xəbərlər yerləşdirilib. Yeni internet səhifəsində Azərbaycan musiqi korifeylərinin əsərləri ilə də tanış olmaq mümkündür. Bundan başqa Azərbaycan dilini öyrənmək istəyənlər üçün sayta müvafiq lüğətlər yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, internet səhifəsinin rəsmi təqdimat mərasimi də keçirilib. Tədbirdə Meksikadakı azərbaycanlı icmasının üzvləri, Azərbaycan səfilriyinin əməkdaşları, eləcə də Meksikada fəaliyyət göstərən Ukrayna Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyev öz çıxışında bu qurumun yaradılması və fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan səfirliyinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O deyib ki, birgə səylər nəticəsində Vətəndən uzaqda yaşayan həmyerlilərimizin birləşməsi məqsədilə yaranmış təşkilatın fəaliyyət dairəsinin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Sonra, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov çıxışında Avropa və ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının LAAA-nın saytında yerləşdirilmiş istinadlarını misal gətirərək, Assosiasiyanın gələcəkdə sözügedən qurumlarla sıx əlaqə saxlaması və təcrübə mübadiləsi aparmasının zəruriliyini qeyd edib. O, internet səhifədə “Join us” (“Unetenos” - “Bizə qoşulun”) adlı bölmənin yaradılmasını diqqətə çatdıraraq Latın Amerikasında yaşayan azərbaycanlıların burada qeydiyyatdan keçməsini tövsiyə edib və həmyerlilərimizin daha da sıx ünsiyyətdə olması üçün bu cür əlaqə vasitələrinin səmərəsindən danışıb. Səfir LAAA-nın fəaliyyətinin hərtərəfli şəkildə daha da təkmilləşdirilməsinə çağıraraq bildirib ki, Azərbaycan dövləti də gələcəkdə bu işə lazımı dəstək göstərəcək. Tədbirdə həmçinin səfirlik LAAA-nın fəaliyyətinə dəstək məqsədi ilə təşkilata iki kompüter bağışlayıb.

FUAD
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az