Abunə:
Email:
BAŞ SƏHİFƏ | İQTİSADİYYAT | 9 ayda büdcə xərclərinin icrasında 1,4 milyard manat kəsir yaranıb

9 ayda büdcə xərclərinin icrasında 1,4 milyard manat kəsir yaranıb

Şrift ölçüsü: Decrease font Enlarge font

İlin əvvəlində 2009-cu ilin yanvar-sentyabr ayları üçün büdcə xərcləri 7894,1 milyon manat proqnozlaşdırılmışdı

2009-cu ilin 9 ayında dövlət büdcəsindən 6456,9 milyon manat xərclənib ki, bu da proqnozlaşdırılan məbləğdən 1437,2 milyon manat azdır. Ümumilikdə xərc maddələrinin icrasında 18,2 faiz kəsir olub. “İqtisadi forum” jurnalının yaydığı məlumatda belə deyilir.

İlin əvvəlində 2009-cu ilin yanvar-sentyabr ayları üçün büdcə xərcləri 7894,1 milyon manat proqnozlaşdırılmışdı.

9 ayda sosial müdafiə və sosial təminat istisna olmaqla, dövlət büdcəsindən maliyyələşdirilən bütün istiqamətlərin icrasında kəsir yaranıb. Büdcənin icrası ümumi dövlət xidmətləri istiqamətində 83 faiz, müdafiə istiqamətində 80,3 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq istiqamətində 80,2 faiz həyata keçirilib. Ümumi dövlət xidmətlərinə 517,8 milyon, müdafiəyə 483,7 milyon, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 420,8 milyon manat həcmində vəsait ayrılıb. Halbuki bu istiqamətlər müvafiq olaraq 624,2 milyon, 598,9 milyon, 524,7 milyon manat həcmində proqnozlaşdırılıb.

Hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri 100 faiz icra olunub.

Təhsilin maliyyələşməsinə 9,3 faiz, səhiyyənin maliyyələşməsinə 14,6 faiz az vəsait ayrılıb. Təhsil sferasına 864,5 milyonluq proqnoza qarşı 783,9 milyon, səhiyyədə isə 301,1 milyona qarşı 257,1 milyon manat xərclənib.

Bu ilin 9 ayında sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 30,1 faizi və ya 1941,5 milyon manat yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 92,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 86,4 faiz, mənzil və kommunal təsərrüfatı 92,9 faiz, sənaye, tikinti və faydalı qazıntılar 73,7 faiz, nəqliyyat və rabitə 85,4 faiz icra olunub. Bu istiqamətlərdə uyğun olaraq 99,5 milyon (proqnoz 111 milyon), 234,2 milyon (proqnoz 271,2 milyon), 125,2 milyon (proqnoz 134,7 milyon), 2229,6 milyon (proqnoz 3024,5 milyon) və 47,9 milyon (proqnoz 56,1 milyon) manat həcmində vəsait yönəldilib.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az