Abunə:
Email:
BAŞ SƏHİFƏ | İQTİSADİYYAT | AYİB: Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan «cəzalandırılıblar»

AYİB: Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan «cəzalandırılıblar»

Şrift ölçüsü: Decrease font Enlarge font

Avropa və Orta Asiyanın bir sıra inkişafda olan ölkələrini defolt həddinə gətirib çıxaran qlobal maliyyə böhranı bununla yanaşı kommunizm rejimindən sonra həmin ölkələrin iqtisadiyyatında təxminən 20 il davam edən riskli disbalansı üzə çıxarıb.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında («EBRD Transition Report 2009») bildirilib.

Hesabatda qeyd olunub ki, xam mal resursları ilə zəngin ölkələr, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, öz iqtisadiyyatlarının strukturunu diversifikasiya edə bilməməsi, həmçinin enerji resurslarının asılılığından azad ola bilməməsinə görə «cəzalandırılıblar». Sözügedən hesabatda həmçinin bildirilib ki, həmin ölkələr dünya bazarında alternativ gəlir mənbələri axtarmalıdır.

Qeyd edək ki, AYİB-in proqnozlarına əsasən, post-kommunist ölkələrdə 2009-cu ildə ÜDM-in səviyyəsi 6,3% azalacaq, 2010-cu ildə isə ÜDM-in artım tempi 2,5% olacaq.

APA-ECONİMİCS

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az