Abunə:
Email:
BAŞ SƏHİFƏ | İQTİSADİYYAT | “Xüsusi yağ” da yağ yoxdur

“Xüsusi yağ” da yağ yoxdur

Şrift ölçüsü: Decrease font Enlarge font

İnsan sağlamlığı üçün təhlükəli yağlar satışdan çıxarılır

İqtisadi İnkişaf Nazirliyi  mətbuat xidmətindən verilən məlumata görə, “Fazil” firmasının istehsal etdiyi “Xüsusi yağ” əmtəə nişanlı kombinə edilmiş yağın ümumi yağlılığının etiketindəki göstəricidən 4,1% az, nəmliyin kütlə payının isə normadan 5,9% çox olması və süd məhsullarına xas olmayan dad aşkar edilməsi ilə əlaqədar bu məhsulların istehsalının və satışının dayandırılması barədə firmaya icrası məcburi göstəriş verilmiş və firma barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Müəssisənin anbarında olan 24,9 ton satışa hazır məhsulun standartların və normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.Belə ki, təsdiq olunmuş resupturaya və etiket göstəricilərinə əsasən, məhsulun tərkibində kərə yağı 38,0-35,0 %,  bitki yağları 34,15-29,87% təşkil etməli olduğu halda, müəssisənin anbarındakı hazır məhsulun tərkibində ümumiyyətlə, kərə yağı olmadığı aşkar edilib.

Aparılmış araşdırmalar nəticəsində “Fazil” firmasının istehsal edibyi “Xüsusi yağ” əmtəə nişanlı kombinə edilmiş yağın palma və günəbaxan tipli yağların qarışığından ibarət olduğu müəyyən edilib.

Ümumən, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan 40-dan çox müxtəlif adda yağın keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinəsini keçirib. Müayinələr nəticəsində bəzi yağların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkar edilib.Laborator müayinələr zamanı Ukraynanın “Starakonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə yağında bağırsaq çöpləri qrupundan olan bakteriyaların mövcudluğu, ümumi mikroblarının sayının isə normadan dəfələrlə çox olduğu müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən bu yağların satışının dayandırılması və satışdan çıxarılması barədə idxalçı “Avropa” firmasına icrası məcburi olan göstəriş verilib.

Bu yağların satışdan çıxarılması ilə əlaqədar   yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son 2 gündə həyata keçirilən tədbirlər nəticəsində mağazalardan 550 kiloqrama yaxın “Naş moloçnik” əmtəə nişanlı kərə yağı satışdan çıxarılıb.Dövlət Xidməti bu istiqamətdə tədbirləri davam etdirir və istehlakçıları Ukraynanın “Starakonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə yağını almamağa çağırır.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az