8 Mart - Beynəlxalq Qadınlar Günü (Fotosessiya)
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Zetkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin bu günü sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.
Azərbaycanda, müstəqillik əldə edildikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.
Bayram bazar gününə təsadüf etdiyi üçün martın 9-u iş günü olmayacaq.
-
17/07/2010/ 11:08
Ailədə doğulan gender bərabərsizliyi -
01/04/2010/ 20:45
Ataların aliment dərdi -
09/02/2010/ 00:19
Dağlıq Qarabağ prosesinə yeni nəfəs verilir? -
09/02/2010/ 00:18
“Göylər” “narıncıları” cəzalandırdı -
03/02/2010/ 23:25
Orhan Pamuk aşiq olub? -
03/02/2010/ 23:21
Dağlıq Qarabağ münaqişəsi dünya müharibəsinə səbəb ola bilər -
03/02/2010/ 23:19
“Ola bilsin İsa Qəmbərin ittihamlarından biri də ADP-nin ünvanınadır” -
03/02/2010/ 23:15
Karla Bruninin ölkəsindən daha bir addım -
03/02/2010/ 23:13
Putini tənqid etdin, çıx get! -
03/02/2010/ 23:10
Eynulla Fətullayevin narkotik vasitələrdən istifadə etdiyi təsdiqlənib -
01/02/2010/ 22:16
“People in Need”: “Ermənilərin 70 faizi ölkəni tərk etmək arzusundadır” -
01/02/2010/ 22:12
Səfər Əbiyev parlamentə çağırıldı -
01/02/2010/ 22:10
R.T.Ərdoğan: "Lazım gələrsə, Türkiyədə qeyri-leqal yaşayan ermənilər ölkədən qovulacaq" -
01/02/2010/ 21:06
«Ermənistan-Türkiyə protokolları iflasa uğrayıb» -
01/02/2010/ 21:02
“ABŞ İran məsələsindən körfəz ölkələrinə silah satmaq üçün istifadə edir”


