Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | Ermənistan Qarabağ münaqişəsində danışıqların davam etdirilməsinə və müxtəlif səviyyəli yeni görüşlərin təşkil edilməsinə tərəfdardır – XİN başçısı

Ermənistan Qarabağ münaqişəsində danışıqların davam etdirilməsinə və müxtəlif səviyyəli yeni görüşlərin təşkil edilməsinə tərəfdardır – XİN başçısı

Şrift ölçüsü: Decrease font Enlarge font
"Biz münaqişənin sülh və siyasi yolla həllinə tərəfdar olduğumuz üçün görüşlər mütləq davam etdiriləcək", - Nalbandyan deyib. "Biz münaqişənin sülh və siyasi yolla həllinə tərəfdar olduğumuz üçün görüşlər mütləq davam etdiriləcək", - Nalbandyan deyib.

"Novosti Armeniya" agentliyinə müsahibə zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində danışıqların davam etdirilməsinə və müxtəlif səviyyəli yeni görüşlərin təşkil edilməsinə tərəfdardır.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu yaxınlarda regionda - Azərbaycan, Ermənistan və Qarabağda olublar.
"Danışıqlar prosesi davam edir, digər səviyyədə, o cümlədən həmsədrlər səviyyəsində görüşlərin keçirilməsi mümkündür. Lakin Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşün harada və hansı müddətdə keçiriləcəyi barədə dəqiq məlumat yoxdur",- Nalbandyan qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az