Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | "Türkiyənin Ermənistanla danışıqlar aparması hər iki ölkənin suveren hüququdur"

"Türkiyənin Ermənistanla danışıqlar aparması hər iki ölkənin suveren hüququdur"

Şrift ölçüsü: Decrease font Enlarge font
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov

Elxan Poluxov: "Amma bu məsələdə Azərbaycanın maraqları nəzərə alınmalıdır"

«Rəsmi Bakı hesab edir ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparması hər iki ölkənin suveren hüququdur. Amma bu məsələdə Azərbaycanın maraqları nəzərə alınmalıdır». Narahatlığa ehtiyac görməyən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bu barədə ANS-ə bildirib. O qeyd edib ki, Türkiyənin Ermənistanla bağlı mövqeyi məlumdur: «Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq. Bu mövqeni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin mayında Azərbaycana səfər edərkən, Milli Məclisdə də səsləndirib». Bununla belə, xarici siyasət idarəsinin rəsmisi deyir ki, indiki halda sərhədlərin açılması Azərbaycanın maraqlarına ziddir.
Xatırladaq ki, dünən Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır.

Türkiyə XİN-in məlumatında deyilir: “İkitərəfli əlaqələrin normallaşdırılması regionda sülhün və sabitliyin təmin olunmasına yardım edəcək. Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səy göstərilməsində maraqlıdır”.

Türkiyə, Ermənistan və İsveçrə XİN-nin birgə məlumatında deyilir ki, tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az