GUAM-ı dirçəltmək şansı yaranıb
Moldova və Ukrayna bloku gücləndirəcəklərini elan ediblər
Moldovada kommunistlərin hakimiyyətdən getməsindən sonra bu ölkənin də üzv olduğu GUAM hərbi-siyasi blokunun güclənməsi şansı yaranıb. Ukrayna Təhlükəsizlik Şurasının katibi Raisa Boqatırev Kişinyova səfəri zamanı Moldova xarici işlər naziri Yuri Lyanke ilə birgə bəyanatla çıxış edərək deyib ki, Ukrayna, Moldova və Azərbaycan bu təşkilatı dirçəltməyə qərar veriblər. Ukrayna mətbuatı qeyd edir ki, Moldovanın keçmiş prezidenti Vladimir Voronin GUAM-ın fəaliyyətini zəiflədib. Lakin indi hakimiyyətdə olan demokratlar təşkilatı dirçəltmək üçün bir sıra layihələr həyata keçirməyə hazırlaşır. Bu layihələrdən biri də Dnestryanı bölgədə Rusiya hərbçilərinin GUAM qüvvələri ilə əvəzlənməsi ola bilər. Moldova prezidentinin səlahiyyətlərini icra edən Mixail Qimpu bu günlərdə bəyan edib ki, Rusiya hərbçilərinin Avropa İttifaqı və Ukrayna qüvvələri ilə əvəzlənməsinin vaxtı çatıb. Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasını NATO-da dəstəkləyir. Ukrayna mətbuatı qeyd edir ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev də GUAM ölkələri arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib. Bu sənəd hələ bir il əvvəl imzalanmışdı. Əliyevin sənədi təsdiqləməsinin Ukrayan və Moldova ilə birlikdə Azərbaycanın da GUAM-ı gücləndirmək təşəbbüsünə dəstək verdiyini göstərir. Təşkilatın üzvü olan Gürcüstan da GUAM-ın gücləndirilməsinə tərəfdardır.
MUSAVAT
MUSAVAT
Xəbər lenti


