Editor.Az / Xəbər: Ərdoğandan Azərbaycana jest Ərdoğandan Azərbaycana jest ================================================================================ admin on 08/11/2009/ 22:25 Ekspertlərin fikrinə görə, bu Ərdoğanın son aylarda gərginləşən Azərbaycan-Türkiyə münasibətləri fonunda etdiyi xüsusi jestdir. “Osmanlı sənədlərində Qarabağ” adlı bir cildlik kitab keçmişdən bu günə qədər Qarabağın statusunu ən dəqiq məlumatlara qədər işıqlandırır. 700 səhifədən ibarət olduğu bildirilən kitab Azərbaycanın Qarabağın işğaldan azad ediləməsi uğrunda beynəlxalq arenada apardığı mübarizə də tarixi dəlil kimi də istifadə oluna bilər. Osmanlı imperiyasının arxivlərindən götürülmüş 119 sənəddə Azərbaycanın 500 illik tarixinə işıq tutulur. Kitabda Qarabağ Xanlığının Osmanlılardan istədiyi köməklər, ermənilərin və rusların o bölgəylə bağlı planları qeyd edilib. Qarabağ xanı İbrahimxəlil xanın bütün Azərbaycan xanlıqları adından göndərdiyi və Azərbaycan xanlıqlarının Osmanlı imperiyasına bağlılığını bildirən sənəd ən diqqət çəkənlərdən biridir. Kitabda Qarabağda yaşayan müsəlman türklərin sayı 1 milyon 174 min olaraq göstərilir. Ermənilərin isə cəmi 177 min nəfərdən ibarət olduğu bildirilir. Kitabda eyni zamanda, ermənilərin Qarabağda törətdiklər təxribatlar, azərbaycanlıların kəndlərində törətdikləri qırğınlardan da bəhs edilir. PİA