Sərhədləri aç, soyqırımı da tanı
Con Makkeyn Qafqazdakı xristian anklavların müdafiəçisi kimi çıxış edir
“Amerikanın səsi”nin suallarını cavablandırarkən senator Türkiyənin ermənilərə qarşı genosidinin sənədlərə əsaslandığını deyib. Con Makkeyn son zamanlar Türkiyə-Ermənistan münasibətlərində ciddi bir irəliləyiş olduğunu vurğulayıb.Senator bu irləliləyişin ilk dəfə müşahidə edildiyini deyib.
Con Makkeyn deyib ki, o,türklərin ermənilərə qarşı soyğırım işlədiyinə inandığını və keçmişin nə erməni, nə də türk xalqı və hökumətləri tərəfindən unudulacağını deyib. O, bunun xüsusilə ermənilər tərəfindən unudulmayacağını bildirib.
Gürcüstan-Rusiya münasibətlərinə gəlgikdə senator Rusiyanın Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə əldə edilən atəşkəs razlığının şərtlərini pozması ilə vəziyyətin gərgin olduğunu deyib: "Rusiyanın beynəlxalq sulardakı fəaliyyətləri, Gürcüstan vətəndaşlarının qanunsuz şəkildə həbsləri kimi təhrikçi əməlləri narahtedici faktdır".
Respublikaçılar Partiyasından 2008-ci il prezidentliyə namizəd və yarışlarda prezident Obamaya məğlub olmuş Senator Makkeyn Gürcüstanın Amerikanın Əfqanıstandakı müttəfiq rolunu da yüksək qiymətləndirib.
Ruhulla
Xəbər lenti


