M.Saakaşvili: "İlham Əliyev həmişə öz sözünün sahibi olub"
"Azərbaycan prezidenti böhranlı vaxtlarda bizə daim dəstək verib"
Bəlli olduğu kimi, ARDNŞ Gürcüstanın Qərb bölgəsindəki Zuqdidi şəhərinə qaz çəkib. Bununla əlaqədar bu gün Zuqdididə keçirilən təntənəli mərasimdə Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib.
Tədbirdə çıxış edən Saakaşvili qardaşlıq dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. Azərbaycan-Gürcüstan dostluğunun əhəmiyyətindən danışan prezident gələcək birgə səmərəli fəaliyyətin vacibliyini vurğulayıb.
"Prezident İlham Əliyev həmişə öz sözünün sahibi olub, böhranlı vaxtlarda bizə daim dəstək verib. Bugünkü tədbir də dediklərimə əyani sübutdur. Gürcü xalqı bu xeyirxahlığı unudan deyil", - deyə o vurğulayıb.
AzərTAc
Xəbər lenti


