Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | “Ermənilər saxta sənədlərə istinad edir”

“Ermənilər saxta sənədlərə istinad edir”

Şrift ölçüsü: Decrease font Enlarge font
Türk Tarix Qurumunun erməni tədqiqatları şöbəsinin rəhbəri Kamal Çiçək Türk Tarix Qurumunun erməni tədqiqatları şöbəsinin rəhbəri Kamal Çiçək

“Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollardakı əsas məqamlardan biri tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır"

“Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollardakı əsas məqamlardan biri tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır. Bu komissiya işə başlasa, hər şey aydın olacaq”. Bunu Türk Tarix Qurumunun erməni tədqiqatları şöbəsinin rəhbəri Kamal Çiçək noyabrın 20-də Vaşinqtondakı Türk Evində keçirilmiş dəyirmi masada deyib. Tədbir Türk-Amerika Təşkilatları Assambleyası tərəfindən Türkiyə-ABŞ münasibətlərinin müzakirəsi məqsədilə təşkil edilib. Kamal Çiçək bildirib ki, Sürix razılaşmasına baxmayaraq, ABŞ-dakı erməni diasporası saxta “soyqırım” məsələsini Konqresdə yenidən qaldırmağa çalışır: “Türk tərəfi bundan narahatdır. Bu məsələ dekabrın əvvəllərində baş nazir Ərdoğanın ABŞ-a səfəri zamanı müzakirə olunacaq”. 

"APA"-dan aldığımız məlumata görə, K. Çiçək Türkiyə tərəfinin birgə komissiyanın həqiqəti üzə çıxaracağına inandığını söyləyib: “Bu, yaxşı imkan olacaq. Ermənilər görəcəklər ki, onların istinad etdiyi sənədlər həqiqətdən uzaqdır. Onların əlində güclü arqumentlər və sübutlar yoxdur. Məsələn, bir müddət əvvəl ermənilər Tələt Paşanın teleqramına istinad edərək bildirirdilər ki, guya o, soyqırımın olduğunu etiraf edib. Həqiqətdə isə belə bir teleqram yoxdur. Əgər biz birgə komissiya yaratsaq, Türkiyə tərəfi erməniləri Tələt Paşanın bütün teleqramları, eləcə də digər arxiv sənədləri ilə tanış edər”. 

Dəyirmi masa iştirakçıları qeyd ediblər ki, tarixi araşdıran insanlar unutmamalıdırlar ki, tarixdə Xocalı soyqırımı kimi hadisələr də var.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az