Abdulla Gül: “Türkiyə-Ermənistan münasibətlərinin Avropa İttifaqına üzvlüklə heç bir əlaqəsi yoxdur”
Gülün sözlərinə görə, Ankara regionda şəffaş siyasət yürüdür.
Türkiyə Prezidenti Abdulla Gül ölkənin CNN Türk telekanalına verdiyi müsahibəsində Türkiyə Ermənistan əlaqələrinin normallaşmasının Avropa İttifaqına üzvlülkə heç bir əlaqəsi olmadığını bildirib. Abdulla Gül onu da qeyd edib ki, Avropada bəzi qüvvələr bu problemlərin Ankaranın Avropa İttifaqına üzvlüyünə əngəl olduğunu söyləməklə Türkiyəni istismar etmək niyyətindədirlər. Gülün sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsi olmasa belə bu problemlər Türkiyənin həll etmək istədiyi məsələlərdən biridir.Abdulla Gül onu da əlavə edib ki, Qafqazda istiqrar və sülhün olması çox önəmlidir. "Qafqaz Şərq və Qərbi" bir-birindən ayıran divar halında olmalı deyil, regiondakı dondurulmuş münaqişələr həll edilməlidir". Gülün sözlərinə görə, Ankara regionda şəffaş siyasət yürüdür.
Xəbər lenti


