Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | “Sərkisyan Rusiya prezidentinə söz verib ki, Qarabağı qaytaracaq”

“Sərkisyan Rusiya prezidentinə söz verib ki, Qarabağı qaytaracaq”

Şrift ölçüsü: Decrease font Enlarge font

Mübariz Əhmədoğlu: “Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 sm dərinliyində şumlamağa imkan verir”

Ötən gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” adlı növbəti mətbuat konfransı keçirdi. Əsasən Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlara toxunan Mübariz Əhmədoğlu Rusiyanın mövqeyində dəyişiklik hiss olunduğunu söylədi: “Artıq Qarabağ məsələsi ətrafında fərqli proseslər gedir. Son Soçi görüşü bu baxımdan diqqət cəlb edir. Soçi görüşü indiyə qədər mövcud olmayan formatda baş tutdu.

Əvvəlcə üç ölkənin - Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü oldu, bunu üç ölkənin xarici işlər nazirlərinin görüşü izlədi, sonra üç ölkənin prezidenti xizəkçilik kompleksində səmimi şəkildə söhbət etdilər və ən nəhayət üç ölkənin lideri birlikdə yemək yedilər. İş günün sonunda Ermənistan və Azərbaycan prezidentləri hava limanında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdülər. Bu yeni format düşünməyə əsas verir ki, Rusiya hansısa proseslərə müdaxilə etmək istəyir və Mins qrupunu proseslərdən kənar saxlamağa çalışır. Rusiya eyni zamanda hazırkı məqamda Türkiyənin adı ilə bağlı sülh müqaviləsinin də bağlanmasının əleyhinədir. Çünki bu Rusiyanın regiondakı maraqlarına kəskin şəkildə ziddir.   Bununla yanaşı biz görürük ki, Rusiyanın Qarabağ məsələsinə münasibəti dəyişib. Soçi görüşündən öncə Rusiyadan böyük bir heyət Bakıda görüşlər keçirirdi. Belə düşünmək olar ki, pərdə arxasında hansısa proseslər baş verir”. Politoloqun sözlərinə görə, Rusiya çalışır ki, münaqişənin həlli təkbaşına ounun adı ilə bağlı olsun.

M. Əhmədoğlu Ermənistan tərəfinin danışıqlarda həmişəki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söylədi: “Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günə kimi bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prprinsiplərini düzəməlli sadalamayıb. Üç prinsip var- Güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ. Nalbandyan həmişə çıxışlarında xalqların öz müqəddəratını təyin etmək hüququnu ikinci, ərazi bütövlüyü prinsipini üçüncü deyir. Xalqların bərabərliyi prinsipini isə heç dilinə belə gətirmir”.

SİTM sədri artıq Ermənistanın Qarabağı azad etməyə razılaşdığını söylədi: “Amma Ermənilərin bir şərti var. Ermənistan Qarabağı azad edir, əhalinin geri qayıtmasını da qəbul edir. Ancaq Qarabağın müqəddəratını təyin edəcək referendum keçiriləndən sonra, azərbaycanlılar Qarabağa qayıtsın. Yəni azərbaycanılar  hazırda qaçqın həyatı yaşadıqları Azərbaycanın digər bölgələrində səs versinlər. Sərkisyanın özü bildirib ki, mən Rusiya prezidentinə söz vermişəm ki, Qarabağı qaytaracağam, amma ola bilsin ki, Ermənistan diplomatik hiylə işlədir. Maksimim güzəştə getməklə beynəlxalq arenada müsbət imic formalaşdırmaq və beləliklə də böyük dövlətlərdən gələn təzyiqləri azaldaraq danışıqlar prosesini bir az da uzatmaq. Bəzi insanlar danışıqlarda beş rayonun qaytarılmasının müzakirə olunduğunu söyləsə də, bu tamamilə gerçəkliyə uyğun deyil. Danışıqlarda yeddi rayonun qaytarılması müzakirə olunur”.

M. Əhmədoğlu Azərbaycanın Laçın yolunu dağıtmaqla Ermənistan və Dağlıq Qarabağ arasındakı əlaqəni kəsməsinin vacib olduğunu vurğuladı: “Laçının Ermənistana birləşən hissəsində heç bir insan yaşamır. Orada heç bir obyekt, yaşayış sahəsi yoxdur. Azərbaycan Laçın yolunu raketlərlə dağıtmalıdır. Bu müharibədi, ya müharibə deyil? Əlbəttə ki, müharibə deyil. Çünki Laçın Azərbaycanın ərazisidir və Azərbaycan öz ərazisində istədiyini edə bilər. Üstəlik həmin ərazidə heç bir insan da yaşamır. Azərbaycan Laçın yolunu sıradan çıxarmaqla Dağlıq Qarabağın Ermənistanla əlaqələrini tamamilə kəsə bilər. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinə cəmi 2-3 saat vaxt lazım olacaq. Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 sm dərinliyində şumlamağa imkan verir. Bu gün Azərbaycanda 120 km məsafəni sərbəst vurmaq imkanına malik olan raketlər var. Ağdamdan Ermənistanın hava sərhəddi isə cəmi 55 km-dir. Ermənilər bu gerçəkliyi unutmamalı, işğal etdiyi 7 rayonu qaytarmalı, işğalçı mövqelərindən isə əl çəkməlidirlər”.

Mübariz Əhbədoğlu bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasındakı ən başlıca səbəbin İran olduğunu və İranın mövqəyi dəyişməyincə də məsələnin həll olunmayacağını  qeyd etdi.

SƏBUHİ
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az