Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | Ermənistan Konstitusiya Məhkəməsinin qərarı çıxdıqdan sonra erməni tərəfi özünə qapanıb

Ermənistan Konstitusiya Məhkəməsinin qərarı çıxdıqdan sonra erməni tərəfi özünə qapanıb

Şrift ölçüsü: Decrease font Enlarge font
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin London görüşündə də protokollar məsələsi müzakirə olunub. Türkiyə və Ermənistan xarici işlər nazirlərinin London görüşündə də protokollar məsələsi müzakirə olunub.

Londonda Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün detalları məlum olub.

Türkiyə mediasının verdiyi məlumata görə, nazirlər Soçidə keçirilmiş Medvedev-Əliyev-Sərkisyan görüşünü və türk-erməni protokolları məsələsindəki son durumu müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Soçidəki görüşün təfərrüatları barədə türk həmkarını məlumatlandıraraq, Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin nizamlanmasında üçüncü ölkələrin yardımına çox müsbət yanaşdığını, Ermənistan tərəfinin isə analoji münasibət göstərmədiyini vurğulayıb. 
Öz növbəsində Ahmet Davutoğlu Ermənistan Konstitusiya Məhkəməsinin qərarı çıxdıqdan sonra erməni tərəfinin daha da özlərinə qapandığını açıqlayıb. 
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin London görüşündə də protokollar məsələsi müzakirə olunub. Türkiyə XİN sözçüsünün bildirdiyinə görə, 15 dəqiqə davam edən bu görüşdə Ahmet Davutoğlu Edvard Nalbandyandan Ermənistanın protokol mövzusunda tutduğu mövqeni aydın ifadə etməsini tələb edib. «Nazir bildirib ki, biz Ermənistandan Konstitusiya Məhkəməsinin qərarı ilə protokolların ruhuna və məğzinə dəyişiklik edilmədiyi barədə bir açıqlama gözləyirik», deyə sözçü qeyd edib.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az