Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | “Azərbaycanla Türkiyə arasında razılaşmanın hələ də əldə edilməməsi bizi məyus edir”

“Azərbaycanla Türkiyə arasında razılaşmanın hələ də əldə edilməməsi bizi məyus edir”

Şrift ölçüsü: Decrease font Enlarge font
Bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar deyib. Bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar deyib.

Türkiyə ilə Azərbaycan arasında qaz nəqli üzrə razılaşmalar yubanarsa, bu, “”Cənub dəhlizi”nin əsas elementi üzrə imkan pəncərəsinin qapanmasına səbəb ola bilər”

“Türkiyə ilə Azərbaycan arasında qaz nəqli üzrə razılaşmalar yubanarsa, bu, “”Cənub dəhlizi”nin əsas elementi üzrə imkan pəncərəsinin qapanmasına səbəb ola bilər”. 

Amerika İnkişafı üçün Mərkəzin “Obama administrasiyasının Avrasiyada enerji siyasəti” mövzusunda təşkil etdiyi konfransda çıxış edən səfir Morninqstar deyib ki, ABŞ Xəzər regionundan təbii qazı Avropaya daşıyacaq yeni “”Cənub dəhlizi”ni dəstəkləyir:

“Bu dəhlizdə “Nabukko” və Türkiyə-Yunanıstan-İtaliya birləşdiricisinin olması nəzərdə tutulur. Bunların hər ikisi strateji baxımdan önəmlidir və Avropaya yeni təchizat marşrutları açır. “Cənub Dəhlizi” Qafqaz və Mərkəzi Asiya xalqlarına da həm iqtisadi qazanc, həm də Avropa ilə ortaq maraqlar çərçivəsində uzunmüddətli əməkdaşlıq imkanı açır”.

R. Morninqstar deyir ki, hazırda Obama administrasiyasının diqqəti iki məsələyə yönəlib - Türkiyə və Azərbaycan arasında “Şahdəniz” qazı üzrə razılaşmanın təmin olunması və Mərkəzi Asiya, Orta Şərqdəki istehsalçı ölkələri dəhlizi” qazla təmin etməyə həvəsləndirmək:

“”Cənub dəhlizi”nin konsepsiyasından ən çox yararlanmalı olan ölkələr qazın dəhlizlə nəqli şərtlərində iqtisadi baxımdan yararlı və hər tərəfi razı salan anlaşmalar əldə etməsələr, onda bu konsepsiyanın mənası yoxdur. Buna görə də “Şahdəniz” qazının alınması və tranziti üzrə Azərbaycan ilə Türkiyə arasında razılaşmanın hələ də əldə edilməməsi bizi məyus edir. Hər iki ölkə Birləşmiş Ştatların dostlarıdır və biz onların danışıqlarında tərəf tutmaq istəmirik. Amma bu məsələdə yubanmalar “Cənub dəhlizi”nin əsas elementi üzrə imkan pəncərəsinin qapanmasına səbəb ola bilər. Bunun tərəflərdən hansı birininsə işinə necə yarayacağını görməkdə çətinlik çəkirəm. Biz inanırıq ki, tərəflər razılaşma əldə edəcəklər. Ümid edirik ki, bu tezliklə baş verəcək. Beləliklə də “Cənub dəhlizi”nin əhəmiyyəti zərbə altına düşməyəcək”.

Qeyd edək ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev “Uoll Strit Cörnl” qəzetinə müsahibəsində “Nabukko” layihəsi yubanarsa, Azərbaycanın Rusiyanın “Qazprom”” şirkətinə daha çox qaz satacağını deyib.

Prezident müsahibədə deyib ki, Azərbaycan öz qazını 4 istiqamətdə ixrac edə bilər - Türkiyə, Gürcüstan, İran və Rusiya vasitəsilə: “Biz bu istiqamətlərin hər biri üzrə qaz həcmlərini artıra bilərik”.

Prezident həmçinin Avropa İttifaqının planlaşdırdığı “Nabukko” “kəmərinin inşasının ləngiməsindən məyus olduğunu bildirib. “Nabukko” Xəzər dənizindən qazı Türkiyə üzərindən Avropa bazarlarına çıxarmalıdır: “Qazprom” deyir ki, bizdən təchiz edəcəyimiz qədər qaz alacaq. Əgər “Nabukko” gecikdirilsə, aydındır ki, biz “Qazproma” daha çox qaz satacağıq”.

SABUTAY
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az