Rusiya, ABŞ və Fransa istəsəydilər, Ermənistan işğala son qoyardı
Ərdoğan Minsk qrupu həmsədrlərini işğalçıya gizli dəstək verməkdə suçladı
ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar jurnalistin “Birləşmiş Ştatlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə “Cənub dəhlizi”ndən vaz keçə bilərmi” sualına cavabında bildirib: “Biz sadəlövh deyilik və anlayırıq ki, bu gün Ermənistan və Dağlıq Qarabağla bağlı proseslər Türkiyə-Azərbaycan münasibətlərinin bir parçasıdır. ABŞ Ankaranın İrəvanla münasibətlərinə görə enerji dəhlizindən vaz keçməz”.Riçard Morninqstarın sözlərinə görə, Vaşinqton Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün yeni bir dəhlizin açılmasını dəstəkləyir. Bu dəhliz Nabukko və Türkiyə-Yunanıstan-İtaliya boru kəmərlərindən ibarət olacaqdır.
Hər iki layihənin Cənubi Qafqaz və Orta Asiyadakı tədarükçü ölkələrə maliyyə gəliri və Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq gətirəcəyini də qeyd edən Vaşinqton rəsmisi vurğulaıb ki, qarşıda duran əsas məqsəd Türkiyə ilə Azərbaycan arasında tranzit şərtlərində razılıq əldə olunması və Orta Asiya ölkələrinin bu dəhlizə qaz verməsidir.
“Radikal” qəzeti isə yazır ki, hökumət Ermənistanla münasibətləri normallaşdıracaq olan protokolları təsdiqləmək üçün, baş nazir Ərdoğanın dəfələrlə dediyi kimi “Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini” şərt kimi irəli sürür. Amma protokollarda belə bir şərt yoxdur. Və Xarici İşlər Nazirliyinin bütün ciddi-cəhdinə baxmayaraq hökumət öz mövqeyinə nə Rusiya, nə ABŞ, nə də Aİ-dən dəstək tapa bilir. Hər 3 aktyor iki prosesin ayrı-ayrılıqda müzakirə edilməsinə tərəfdardır:”Hökumət həm Azərbaycana verdiyi təminatlar, həm də daxildəki siyasi haqq-hesablara görə, özünün əl-ayağını bağlayıb. Bundan sonra hökumətin geriyə addım atma ehtimalı “yoxdur”-deyilə biləcək qədər azdır. Buna görə də Türkiyə-Ermənistan münasibətlərinin aqibəti Dağlıq Qarabağa dair sülh prosesinin dinamikasına bağlanıb. Ankaranı içində olduğu labirintdən çıxara biləcək olan yeganə şey-Dağlıq Qarabağla əlaqədar olan sülh prosesində irəliləyişə nail olunmasıdır. 25 yanvarda gəlinən nöqtə budur: Azərbaycan və Ermənistan liderləri “münaqişəni əhatəli şəkildə həll etməyi nəzərdə tutan Madrid prinsipləri”nin “Giriş” bölümünün yenidən necə yazılacağına dair razılıq əldə ediblər. Bu qədər. O da qəti deyil. Çünki xəbəri iki lideri bir araya gətirən Rusiya dövlət başçısı verdi(müəllif səhvə yol verir; xəbəri Rusiya xarici işlər naziri verdi-tərc.).Nə Əliyev, nə də Sərkisyan razılıq əldə edilməsini təsdiqlədilər. Yəni, mövcud razılıq da hər an kəllə-mayallaq ola bilər”.
Ankarada Türk - Erməni protokollarına münasibət dəyişiməyib.Bunu Cümə günü, Yanvarın 29-da, Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (İİSS) çıxış edərkən deyib(BBC).
Ermənistan -Türkiyə münasibətlərinə toxunan Əhməd Davudoğlu deyib ki, Ankara İrəvan ilə münasibətlərdə etimadın yaradılması istiqamətində bir neçə addım atıb. Ermənistan -Türkiyə protokollarıyla bağlı cənab Davudoğlu deyib ki, bu məsələdə hamının itirəcəyi var”. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır, bu beynəlxalq birlik tərəfindən pislənilir və Ermənistan getdikcə gündən günə yoxsullaşır.Azərbaycan getdikcə zənginləşir, lakin onun ərazisinin 30 faizi işğal altındadır. Türkiyyəyə gəldikdə isə, Türkiyə beynəlxalq tədbirlərdə Erməni məsləsiylə hərdəfə üzləşməli olur. İndi isə artıq sülh vaxtı yetişib”.
Türkiyə-Ermənistan protokollarının təsdiqlənməsinin yubadılmasıyla bağlı suala cavab verən Davudoğlu deyib kiməhəlli münaqişələr çözülmədən vəziyəti düzəltmək səyləri nəticə verməyəcək və Türkiyə Qaarabağ probleminin çözülməsi istiqamətində iş görür. Ermənistanın Konstitusiya məhkəməsinimn protokollarla bağlı qərarına toxunan Davudoğlu qeyd edib ki, həmin qərarın bəzi müddəaları Türkiyə üçün tamamilə qəbuledilməzdir.
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan isə “Yuronyuz(Euronews)”-un türkcə ilk yayım günü verdiyi müsahibədə deyib ki, Ermənistanın Konstitusiya məhkəməsinin iki ölkə arasında imzalanmış protokollara dair rəyinə baxmayaraq, proses yol xəritəsi üzrə davam etdiriləcək. O, Ermənistan parlamentinin həmin addımının qeyri-sağlam mühit yaratmasını tənqid edərək, ölkəsinin protokollar üzrə öhdəliklərini həyata keçirdiyini söyləyib və İrəvanı eyni addımı atmağa çağırıb(BBC).
Ərdoğan TRT kanalına müsahibədə də Cənubi Qafqazdakı vəziyyətə toxunub: “Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması məsələlərində ATƏT-in Minsk qrupundan həllini istədiyimiz bir məsələ var. Mən bunu Amerikaya son səfərimdə Barak Obamaya və Rusiyaya səfərimdə Dmitri Medvedyevə, Vladimir Putinə də çatdırdım. Minsk qrupunun ciddi etinasızlığı var. 20 ilə yaxın bir müddətdə bu işi başa çatdıra bilmədilər. Əgər Rusiya, ABŞ və Fransa bu vaxt ərzində məsələni həll etsəydi, problemlər də olmazdı. Əgər onlar istəsəydilər, Ermənistan bu işğala son qoyardı.
Ermənistan Azərbaycan ərazisini işğal edib. İşğala son qoyulduqdan sonra ortada bu cür problem qalmayacaq. Amma Rusiya, ABŞ və Fransa bu istiqamətdə gözlənilən səyləri göstərmir. Aprel ayı yaxınlaşır və “ABŞ Konqresində elə olacaq, belə olacaq” fikirlərinə qarşı biz onlara söylədik ki, biz hər hansı məsələdə parlamentimizə təzyiq göstərə bilmərik, onun hər bir qərarına əməl edəcəyik. Biz İsveçrədə imzalanmış protokolu da parlamentə göndərmişik. Amma Ermənistan bu sənədlərə dəyişikliklər edərək parlamentə göndərir. Burada bəlkə Sərkisyan öz siyasi mövqeyini gücləndiirmək istəyir. Bizim Cənubi Qafqaz platforması çərçivəsində atdığımız addımların da bu proseslə yaxın əlaqəsi var. Amma bir nəticə əldə edilmədiyi halda Amerikanın tələbi əsasında “tamam, biz bu addımı atırıq” da deyə bilmərik” (AzərTAc).
Ərdoğan ölkədə 170 min erməninin yaşadığını bildirib. O deyib ki, 170 min erməninin 100 mini Türkiyədə qanunsuz yaşayan Ermənistan vətəndaşıdır. Baş nazir bu hala göz yumduqlarını söyləyib: “Ancaq bu hərəkətimizin qarşılığında müsbət cavab görmürük. Biz hava sərhədlərini açdıq, Axtamar adasındakı Surb Xaç kilsəsini bərpa etdik. Ancaq bu barədə heç kim heç nə danışmır’.
Ərdoğan Ermənistana xəbərdarlıq edib: “Dözümlülüyümüzə baxmayaraq, zərurət yaranacağı halda 100 min qeyri-qanuni erməni miqrant ölkədən çıxarılacaq”. Ermənistan isə Türkiyədə 100 min vətəndaşının qeyri-qanuni yaşadığını qəbul etmir. Ermənistan Miqrasiya Agentliyinin direktoru bildirib ki, son 8 ildə Ermənistanda həyat şəraitinin ağır olması səbəbindən 294 min insan Türkiyəyə gedib, sonradan onların 288 mini geri qayıdıb. Ermənistan hazırda Türkiyədə cəmi 6 min qeyri-qanuni yaşayan vətəndaşının olduğunu iddia edir.
Türkiyə parlamentinin sədri Məhmət Əli Şahin Uqandanın paytaxtı Kampalada keçiriən İslam Konfransı Təşkilatı Parlamentlər Sədrlərinin Konfransından sonra keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunmasını arzu edir. Türkiyə parlamentinin sədri əlavə edib ki, Ankara Cənubi Qafqazın sülh və sabitlik bölgəsi olmasını istəyir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bölgədə ümumi normallaşmadan çox asılıdır. Bunu hər kəsin bilməsi lazımdır.
Xəbər lenti


